Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:32

Hakim partiyanın alternativ namizədi var?


İlham Əliyev
İlham Əliyev
-
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi rəsmən elan edilməyib. Ancaq ötən ilin sonlarında YAP funksionerləri bir-birinin ardınca namizədlərinin İlham Əliyev olacağını bildiriblər.

Dekabrın 24-də YAP sədrinin müavini Əli Əhmədov «Azərbaycan 2013: yeni məqsədlər, yeni uğurlar» mövzusunda keçirilən konfransda çıxış edib və bildirib ki, onların yeganə namizədi İlham Əliyev olacaq:

«2013-cü il prezident seçkilərində İlham Əliyevin qələbəsi «əsas uğur» olacaq».

Dekabrın 27-də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov AzərTac-a müsahibəsində deyib ki, 10 illik perspektivə hesablanmış «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının reallaşdırılması təmin olunmalıdır:

«Bu reallıqları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, qarşıdan gələn illərdə də Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək».

Bəs digər siyasi partiya və qurumlar hakim partiyanın seçimi haqqında nə düşünürlər?

HAKİMİYYƏTƏ TƏZƏ ADAM GƏLƏCƏK?

Azərbaycan Ziyalılar Forumunun yaradıcılarından olan yazıçı və kinodramaturq Rüstəm İbrahimbəyovun fikrincə, hakimiyyətə təzə adam
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
gələcək:

«Təzə bir üçüncü hərəkat gündəmdədir. Bu üçüncü qüvvə Azərbaycanda olan bütün partiyalar, ictimai birlikləri birləşdirəcək. Mənə elə gəlir ki, bu hərəkat öz namizədini irəli sürəcək. İndiki iqtidar öz nüfuzunu gündən-günə itirir. Bu vəziyyətdə bu təzə, üçüncü qüvvə mütləq bu seçkiləri udmalıdır».

O ki qaldı Yeni Azərbaycan Partiyasının İlham Əliyevdən başqa namizədinin olub-olmayacağına, Rüstəm İbrahimbəyov bunları deyir:

«Hakim partiya şəraiti real qiymətləndirsə, İlham Əliyev seçkiyə qatılmalı deyil, çünki bu, Konstitusiyaya da ziddir, dünya da bunu yaxşı qarşılamayacaq. Mənə elə gəlir ki, onların namizədi olmalıdır. İqtidarda da qruplaşmalar var, yekdil deyillər. Həmin şəxs elə namizəd olmalıdır ki, qrupların hamısını razı salsın. Belə bir adam tapmaq çətindir».

Hakimiyyətə yaxın Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı İlham Əliyevi ən yaxşı namizəd sayır:

«Mən Yeni Azərbaycan Partiyası adından hər hansı fikir söyləyə bilmərəm. Söyləməyim etik cəhətdən düzgün deyil. Mənə elə gəlir ki, Yeni Azərbaycan Partiyasının vahid namizədi İlham Əliyev olacaq. Düşünürəm ki, İlham Əliyev bu ölkəni bundan sonra daha da inkişaf etdirə bilər. Ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirə bilər.
Fəzail Ağamalı
Fəzail Ağamalı
Həyata keçirmiş olduğu islahatların, proqramların yerinə yetirilməsi ilə Azərbaycan dövlətini daha da gücləndirə, regionun güclü, qüdrətli bir lider dövləti kimi uğurlarını daha da artıra bilər».
İLHAM ƏLİYEVDƏN BAŞQA NAMİZƏD GÖRÜNMÜR

AXCP sədrinin müavini Gözəl Bayramlı hakim partiyada İlham Əliyevdən başqa namizəd görmür:

«Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyində israr edir. Seçkiqabağı proseslərdə insanların fəallığı artsa, situasiya başqa şey diktə etsə, ola bilər İlham Əliyev namizədliyini irəli sürməsin. Ancaq açığı, İlham Əliyevin seçkiyə qatılmayacağı təqdirdə YAP-ın başqa namizədini görmürəm».

​Müsavat başqanının müavini Arif Hacılı alternativ namizəd məsələsini hakim partiyanın öz işi sayır:

«Yeni Azərbaycan Partiyası siyasi təşkilat kimi ölkənin xarici və daxili siyasətinə müdaxilə etmək imkanları yetərincə məhdud siyasi partiyadır. İqtidar komandasının taktiki gediş baxımından İlham Əliyevdən başqa da namizədi olsa, YAP-a həmin namizədi müdafiə etmək tapşırılacaq.
Fazil Mustafa
Fazil Mustafa
Ancaq onların əvəzinə mən hansısa ikinci namizədin adını çəkmək istəməzdim. Bu, Yeni Azərbaycan Partiyasının və iqtidar komandasını daxili işidir».

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa YAP-ın İlham Əliyevdən başqa namizədi olacağına inanmır:

«Yeni Azərbaycan Partiyasının namizədi ancaq İlham Əliyev olacaq. Çünki başqa namizədin olması müəyyən problemlər yarada bilər. Hər halda, indiki şərtlərlə onun xarizması partiyada başqası ilə əvəz oluna bilməyəcək».

Azərbaycanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək. Hələlik Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürülüb.
XS
SM
MD
LG