Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

Hələbdə 3 partlayış olub, azı 40 adam ölüb


Suriyanın Hələb şəhərində üç partlayış olub. Azı 40 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb. Partlayışların baş verdiyi ərazinin hökumət qoşunlarının nəzarəti altında olduğu bildirilir. Qurbanların çoxu hərbçilər olub.

Suriya dövlət televiziyası partlayışları terrorçuların törətdiyini bildirir.

Hələbdə bir neçə gün idi ki, döyüşlər şiddətlənmişdi. Suriya hakimiyyəti bu şəhərə əlavə qüvvələr göndərmişdi.
XS
SM
MD
LG