Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

«AzəriLayt» markalı neftin qiyməti artıb


Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatına görə, «AzəriLayt» markalı neftin bir barelinin qiyməti London birjasında 2,10 dollar artaraq 114,40
dollara satılıb.

Həftənin son iş günündə isə Nyu-Yorkun «NYMEX» (New York Merchantile Exchange) birjasında «Layt» markalı neftin bir barrelinin qiyməti 0,47 dollar qalxaraq 92,89 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda «Brent» markalı neftin bir barelinin qiyməti isə 1,39 dollar bahalaşaraq 111,42 dollar olmuşdu.
XS
SM
MD
LG