Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:32

Fransa filmlə bağlı etirazların keçirilməsinə qadağa qoydu


Fransa hakimiyyəti ölkədə “Müsəlmanların məsumluğu” filmi ilə bağlı etiraz aksiyalarının keçirilməsini qadağan edib. Şənbə gününə Parisdə aksiya keçirilməsi planlaşdırılırdı.

Fransada ABŞ-ın Parisdəki səfirliyi qarşısında keçən şənbə günü keçirilmiş aksiya ilə bağlı araşdırmaya da başlanılıb. Həmin aksiyada 150 nəfər iştirak etmişdi. Bir neçə adam saxlanmışdı.

“Müsəlmanların məsumluğu” filmi ilə bağlı dünyanın bir neçə ölkəsində etiraz aksiyaları keçirilib. Həmin aksiyaların bəziləri iğtişaşlara çevrilib və azı 28 adam ölüb. Bu filmdə Məhəmməd peyğəmbər ələ salınıb.
XS
SM
MD
LG