Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Əli Əhmədov: «Düşünmürəm ki, Ermənistan Minsk Qrupunun fəaliyyətinə xitam verəcək addımı atsın»


-
«Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanıması Minsk Qrupunun ölüm hökmü olardı».

Bunu yap.org.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib:

«Mən heç də Minsk Qrupunun qayğısına qalmaq fikrində deyiləm. Onsuz da bu qurum 20 ildir fəaliyyətsizdir, lakin bu «fəaliyyətsizlik» ermənilərin xeyrinə işləyir. Düşünmürəm ki, Ermənistan rəhbərliyi daha çox onların marağına uyğun hərəkət edən Minsk Qrupunun fəaliyyətinə xitam verəcək addımı atsın. Rusiyanın və Fransanın buna razılıq verəcəyinə inanmaq çətindir».

Əli Əhmədova görə, Ermənistan rəhbərliyi ölkə parlamentinin vasitəsilə Cənubi Qafqazda gərginliyi təhlükəli həddə gətirə biləcək avantüraya əl atmağa çalışır:

«Formal olaraq, guya buna səbəb Macarıstandan ekstradisiya edilən Azərbaycan zabiti Ramil Səfərovun Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilməsidir».

Əli Əhmədov hesab edir ki, prezidentin əfv sərəncamı həm müvafiq beynəlxalq müqavilələrə, həm də ölkə qanunvericiliyinə tam uyğundur.
XS
SM
MD
LG