Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Yol qəzasında vəfat edənlərin ailələrinə maddi yardım edilib


-
Nəqliyyat Nazirliyini avqustun 31-də qatarla toqquşan 124 saylı avtobusda ölənlərin ailələrinə 5000 manat yardım edib.

Bu barədə AzadlıqRadiosuna qəza nəticəsində vəfat edənlərin ailə üzvləri məlumat verib.

Avqustun 31-i səhər saat 7:30-da Ağstafa-Bakı sərnişin qatarı 124 saylı avtobusla toqquşub.

Rəsmi məlumatlarda 7 nəfərin öldüyü, 55 nəfərin yaralandığı deyilir.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 262.3-cü (Dəmiryolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) və 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb.

Dəmiryolunun Heybət-Buta mənzilinin keçid növbətçisi Eyyub İsmayılov və «Daewoo» markalı sərnişin avtobusunun sürücüsü Fərid Ağayev şübhəli şəxs qismində saxlanıb.
XS
SM
MD
LG