Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

İranda zəlzələdə ölənlərin sayı 306-ya çatıb


Avqustun 11-də İranda baş verən zəlzələdə ölənlərin sayı 306-ya çatıb.

Bu haqda İranın səhiyyə naziri Marzieh Vahid Dastjerdi məlumat verib.

Bundan əvvəl daxili işlə naziri zəlzələ bölgəsində əməliyyat axtarış tədbirlərinin başa çatdığını bildirmişdi.

Zəlzələ avqustun 11-də günortadan sonra Təbriz və Ahar şəhərləri ətrafında əvvəlcə 6,4 11 dəqiqə sonra isə 6,3 bal gücündə olub. 600-dən çox kənd zəlzələdən ziyan çəkib.

İran televiziyasının məlumatına görə, bölgədəki 20 kənd tamam dağılıb.

İranda avqustun 13-ü və 14-ü ikigünlük matəm elan olunub.
XS
SM
MD
LG