Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

Ramazan ayının başlanması ilə əlaqədar fitva verildi


Arxiv foto
Arxiv foto
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fitva verib.

Trend-in məlumatına görə, Qazılar Şurasının iyulun 17-də keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə iyulun 21-də başlayır və iyul ayının 20-si orucluğun niyyət gecəsidir.

Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı avqustun 19-na və ya 20-nə təsadüf edəcək.

QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən gecələrə (avqust ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecə) təsadüf edir.
XS
SM
MD
LG