Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Dövlət Neft Şirkətinin aktivləri 17 mlrd. dollara çatıb


ARDNŞ-in yanacaqdoldurma stansiyası
ARDNŞ-in yanacaqdoldurma stansiyası
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) hazırda 13 ölkədə nümayəndəliyi fəaliyyət göstərir, məcmu aktivlərinin həcmi isə 17 mlrd. ABŞ dolları təşkil edir.

Bunu ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.

Vitse-prezident bildirib ki, hazırda ARDNŞ Gürcüstanda 96, Ukraynada 50, Rumıniyada 15 və İsveçrədə 75 yanacaqdoldurma məntəqəsinə sahibdir.

S.Qasımov ARDNŞ-in Türkiyədəki investisiya planlarını açıqlayaraq qeyd edib ki, şirkət qarşıdakı illərdə Türkiyədəki investisiya qoyuluşlarının həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir:

«Bu yatırımlar «Star» neft emalı zavodunun, yeni elektrik stansiyasının, konteyner terminalının tikintisinə, eləcə də neft məhsullarının satışı şəbəkəsinin qurulmasına xərclənəcək».

/apa/
XS
SM
MD
LG