Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Azərbaycan Avropa münasibətləri…. (Video)


İşdən Sonra - İyun 1-ci saat
Gözlə

No media source currently available

0:00 0:53:30 0:00
Direct-ə keçid

İşdən Sonra - İyun 1-ci saat

«Azərbaycanda Avropaya istiqamətində görülən işlərdə strateji dəyişiklik baş vermir».

Bunu AzadlıqRadiosunun «İşdən Sonra» proqramında Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun anti-Avropa çıxışına münasibət bildirərkən deyib.

Onun fikrincə yüksək vəzifəli məmurlar ABŞ əleyhinə də bəyanatlar veriblər, amma bu gün ABŞ-la münasibətlər normaldır.

«Bu kimi addımlar məmurlar tərəfindən dəfələrlə atılıb və bundan sonra da belə şeylər olacaq. O insanlar düşünür ki, biz Avropaya can atırıqsa, Avropa bunu qiymətləndirməlidir».

R.Hacılı deyir ki, Azərbaycan məmurları hesab edir ki, Azərbaycan gənc ölkədir, Avropada olmağa can atan ölkədir və belə bir ölkəyə dəstək olmaq lazımdır.

«O düşünür ki, Azərbaycanın üstünə İranın gəldiyi bir vaxtda, Azərbaycan «Eurovision»u və Avropa dəyərlərini təbliğ edirsə Avropa Azərbaycana dayaq olmalıdır. Avropanın bu cür bəyanatları Azərbaycan hökumətini özündən çıxarır ki, biz İranla burda çarpışırıq, çalışırıq ki Azərbaycanda «Eurovision» keçirək, Avropa dəyərlərini bura gətirək, eyni vaxta bizə dəstək olmaq əvəzində bizi tənqid eləyirsiniz».

LOBBİÇİ QRUPLARIN SƏYİ

Azərbaycan Avropa Hərəkatının idarə heyətinin üzvü Gülsel Səfərova iddia edir ki, Avropa parlamentinin son bəyanatı müəyyən qrupun lobbiçiliyi nəticəsində qəbul edilib və orda verilən informasiyaların əksəriyyəti düzgün deyil.

«Bu Avropa demokratik institutlarını bütünlüklə rəyi deyil. Bu 748 deputatın cəmi 60-a yaxın millət vəkilinin, Avropa parlament üzvlərinin rəyidir. Hətta yetərsay yoxdur. Bu artıq bilinir ki, başqa ölkənin, başqa millətin lobbiçiliyi əsasında udulmuş təxminən 60 nəfərin rəyidir».

G.Səfərov deyir ki, bu proses Avropa Şurasının bütün digər üzv ölkələr içərisində yalnız Azərbaycana siyasi məruzəçi təyin etməsinə bənzəyir.

QƏRBİN TƏKLİFİNİ DƏYƏRLƏNDİRMƏK LAZIMDIR

Azərbaycan Avropa Hərəkatının idarə heyətinin digər bir üzvü Xalisə Şahverdiyeva sözügedən çıxışdan təəssüfləndiyini deyir və bildirir ki, iqtidar beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin icrasını sürətləndirməlidir. X.Şahverdiyeva eyni zamanda görülən işlərin qiymətləndirildiyini də deyir.

«Azərbaycan üçün vacib olan odur ki, özünü dövlət olaraq möhkəmləndirmək, öz daxilində olan problemlərin həlli üçün Avropanın yaratdığı imkanlardan istifadə etməlidir ki, biz dövlət olaraq özümüzü daha inkişaf elətdirək».

X.Şahverdiyeva deyir ki, qərbin Azərbaycana təklif etdiyi yeniləşmə prosesini dəyərləndirmək lazımdır.

R.Hacılı Avropa Hərəkatı haqda verilən suallara cavab olaraq deyir ki, onların məqsədi Azərbaycanda bütün gənclərin iştirak edə biləcəyi bir proses yaratmaqdır.

«Azərbaycan Avropa Hərəkatı ortaya hakimiyyətə gəlmək iddiası qoymayıb. Bu bizim əsas fərqimizdir. Məlum məsələdir ki, ictimai bir təşkilat aksiya edirsə hakimiyyət ondan qorxmur, icazə verir. Bu gün flaşmobçular yüz flaşmob keçirir. Amma siyasi tələbi olan bir təşkilat çıxıb eyni flaşmobu keçirəndə təbii ki, hakimiyyət yox, ən sıradan polis serjantı onu özünə düşmən bilir».

R.Hacılı İrəli İctimai Birliyi ilə Azərbaycan Avropa Hərəkatı arasında olan əməkdaşlığa toxunaraq deyir ki, bu əməkdaşlıq Avropaya inteqrasiya müstəvisində edilir və bu «İrəli»nin müstəvisi deyil, Azərbaycan Avropa Hərəkatının müstəvisidir.


Müzakirəni tam olaraq buradan dinlə:

XS
SM
MD
LG