Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:36

«Eurovision 2012»nin daha 10 finalçısı məlum oldu


Mayın 22-də «Eurovision-2012» Mahnı Müsabiqəsinin birinci yarımfinalı başlayıb.

«Eurovision-2012» aparıcılar Eldar, Leyla və Nərgiz tamaşaçıları salamlayıblar.

Daha sonra Monteneqro təmsilçisi - Rambo Amadeus çıxış edib.

Səhnədə ikinci ifanı isə İslandiya təmsilçisi edib.

Üçüncü çıxış edən Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou Aphrodisiac mahnısını ifa edib.

Daha sonra isə Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr çıxış edib.

Təmsilçilər ifalarını bitirdikdən sonra səsvermə başlayıb.

Səsvermə müddətində nağaralardan ibarət «Natiq Ritm qrupu»nun hazırladığı musiqi nömrəsi təqdim edib.

30 dəqiqə davam edən səsvermədən sonra finalda iştirak əldə etmiş ölkələrin adları açıqlanıb:

Rumıniya ("Mandinga" qrupu, "Zaleilah")
Moldova (Pasha Parfeny, "Lăutar")
İslandiya (Gréta Salóme & Jónsi dueti, "Mundu Eftir Mér")
Macarıstan ("Compact Disco" qrupu, "Sound Of Our Hearts")
Danimarka (Soluna Samay, "Should've Known Better")
Albaniya (Rona Nishliu, "Suus")
Kipr (İvi Adamou, "La La Love")
Yunanıstan (Eleftheria Eleftheriou, "Aphrodisiac")
Rusiya ("Bronovskiye babuşki", "Party for everybody")
İrlandiya ("Jedward" qrupu, "Waterline").

Növbəti yarımfinal mayın 24-də keçiriləcək. Final isə mayın 26-dır.

Qaydalara görə, ötən ilin qalibi olan Azərbaycan birbaşa finalda çıxış edəcək. Azərbaycanı Səbinə Babayeva «When The Music Dies» mahnısı ilə təmsil edəcək.
XS
SM
MD
LG