Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:41

İsa Qəmbər: «Aksiyaları daha da gücləndirmək barədə düşünürük»


İsa Qəmbər
İsa Qəmbər
«Son aksiyalar «Eurovision» günlərindəki aksiyalara hazırlıq mərhələləridir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbər «Müxalifətin mitinq taktikası» mövzusunda danışarkən deyib:

«Biz «20-ci sahə»də hakimiyyətin verdiyi yerdə mitinq keçirməklə sübut etdik ki, dava axtarmırıq. Müxalifətin, İctimai Palatanın mövqeyini səsləndirmək istəyirik. Eyni zamanda nümayiş etdirdik ki, bu cür ağır şərtlərdə də hakimiyyətin gözləmədiyi dərəcədə çoxsaylı insanların iştirakını təmin edə bilərik. Bu mərhələdə isə hesab etdik ki, şəhərin mərkəzində aksiyalar daha effektivdir. Biz bu aksiyaların təcrübəsini toplayaraq yaxın günlərdə aksiyaları daha da gücləndirmək barədə düşünürük».

İ.Qəmbər deyir ki, mayın ikinci yarısında şəhərin mərkəzində son aksiyalardan daha təsirli aksiyalar keçiriləcək.

MÜXALİFƏT LİDERLƏRİ AKSİYALARA NİYƏ ÇIXMIR?

Müsavat başqanı dinləyicinin müxalifət liderlərinin aksiyalarda nə üçün iştirak etmədiyi barədə sualını da cavablandırıb:

«Müxalifət liderləri razılaşdırılmamış mitinqə çıxanda hakimiyyət vəhşiləşir. Hakimiyyətə elə gəlir ki, İsa Qəmbər şəhərin mərkəzi meydanlarından birinə çıxıbsa, bu, artıq dövlət çevrilişinə hazırlıqdır və vəhşi şəkildə insanlara hücum edir. Ancaq növbəti mitinqlərdən birində məqsədəuyğun sayılacaqsa, biz meydanlara çıxacağıq. Biz heç zaman özümüzü qorumaq haqda düşünməmişik».

Beynəlxalq birliyin Azərbaycandakı vəziyyətə münasibətindən danışan İ.Qəmbər son dövrlərdə yeni yanaşmanın ortaya çıxdığını deyir.

«Beynəlxalq birlik bir çox ciddi qərarlar alıb. Bu qərarların içərisində dünyada haqsızlığın, ədalətsizliyin aradan qaldırılması, avtoritar rejimlərə vida edilməsi kimi yanaşmalar var».

HAKİMİYYƏTİN SƏHVİ...

İ.Qəmbər alman mediasında Azərbaycanla bağlı yayılan xəbərlər haqda da danışıb:

«Azərbaycan hakimiyyəti çox böyük səhv etdi. Bu tənqidlərə adekvat cavab vermək yaxud bir çox hallarda etdikləri kimi susmaq əvəzinə öz aləmlərində əks hücuma keçdilər. Almaniyanın önəmli dövlət adamlarını Hitlerlə bənzətmək kimi səfeh bir gediş elədilər. Bununla da təkcə alman mediasını yox, hakimiyyəti də özlərindən narazı saldılar və bunun əks zərbələrini yedilər. Bu, təkcə Almaniyaya aid deyil. Digər ölkələrin də media strukturlarının yazdıqları, göstərdikləri Azərbaycan cəmiyyətinə çatdırılır. Hakimiyyət bunu reallıq kimi qəbul etməlidir, almanlardan inciməyə dəyməz».

««20-Cİ SAHƏ»YƏ GETMƏK SƏHV DEYİLDİ»

«Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda» Təşkilatının sədri Elmar Şahtaxtinski indiki zamanda şəhərin mərkəzində keçirilən aksiyaları daha lazımlı sayır. Onun fikrincə, müxalifətin «20-ci sahə»də mitinq keçirməyi də səhv addım deyildi:

««Eurovision» vaxtı 100 adamın piket keçirməyi daha çox effekt verər, nəinki şəhərin qırağında 5-10 min adamın mitinq keçirməsi. «20-ci sahə»yə getmək səhv deyildi. Müxalif qüvvələr «Eurovision» zamanı intensiv piketlər keçirərlərsə, deməli, səhv deyil. Bunlar dayansa, heç nə olmasa, o zaman səhv olardı. Elə görünərdi ki, müxalifət hakimiyyətin cızdığı planla hərəkət edir…».

Müzakirəni tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG