Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:24

Nazim Hikmətin Bakı şeiri London metrosunda!


«Baku at Night» şeiri London metrosunda
«Baku at Night» şeiri London metrosunda
«Londonun bəzi metro stansiyalarının və qatarlarının içinə Türkiyənin dünya miqyasında ən çox tanınan şairi Nazim Hikmətin bir şeiri həkk olunub».

Bu xəbəri Avrupa Ajansı (AVA) yayıb.

Ən diqqətçəkəni budur ki, metroda şairin Bakı haqqında yazdığı şeiri tanıdılır.
Xəbərdə bildirilir ki, Nazim Hikmət metro qatarlarında «Geceleyin Baku» («Baku at Night ») şeiri ilə on minlərcə oxucuya insan, vətən, müstəqillik və bərabərlik hisləri aşılayır.

Məsələ burasındadır ki, bu aksiya «The Poetry Society and Poems on the Underground» (Şeir Birliyi ve Metroda Şeirlər) adlı sənət təşkilatının düzənlədiyi bir proqram çərçivəsində dünya şeirindən seçmələri xalqa tanıtmaq üçün keçirilir.

2012-ci il boyunca londonlular metro, avtobus dayanacaqları, mədəniyyət və idman mərkəzləri, həmçinin açıq yerlərdə hər ay fərqli şairlərin şeirləri ilə tanış ola biləcəklər.

Londonda iyul ayında baş tutacaq 2012 Olimpiadası zamanı 120 min pulsuz broşura hazırlanıb. Nazim Hikmətin Bakı haqqında şeiri də olimpiadanın ruhuna uyğun olduğu - sülh, dostluq, bərabərlik duyğularını dilə gətirdiyi üçün seçilib.

Xəbərdə bildirilir ki, London metrosunda aylarca sürəcək dünya şairlərini tanıtma proqramı London Undergound, Arts Council England ve Britsh Council tərəfindən dəstəklənir.

Sənət kampaniyasında hər mövsüm beynəlxalq miqyasda tanınan 6 şairin şeirlərinə yer veriləcək. Bu mövsüm Nazim Hikmətlə bərabər tanıdılan şairlər bunlardır:

«Finding India in Unexpected Places» (Sujata Bhatt), «I Sing of Change» (Niyi Osundare), «Baku at Night» (Nazım Hikmet), «To Toussaint L’Ouverture» (John Agard), «Carving» (Imtiaz Dharker), «Boy with Orange» (out of Kosovo) (Lotte Kramer).


London metrosunda tanıdılan «Geceleyin Baku» şeirini sizə təqdim edirik :

Geceleyin yıldızsız ağır denize kadar
geceleyin zifiri karanlıkta
güneşli buğday tarlasıdır Baku şehri.
Tepedeyim
avuç avuç çarpar yüzüme ışık taneleri
havada rast peşrevi Boğaziçi suları gibi akar.
Tepedeyim
uzaklaşır uçsuz bucaksız ayrılıkta
bir sal gibi yüreğim
gider anıların ötesine
yıldızsız ağır denize kadar
zifiri karanlıkta.

Nazım Hikmet
Şubat 1960 Baku.
XS
SM
MD
LG