Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:12

Korrupsiyaya qarşı mübarizə və professorun həbsi [Video]


Korrupsiyaya qarşı mübarizə və professorun həbsi
Gözlə

No media source currently available

0:00 0:24:13 0:00
Direct-ə keçid

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və QHT-lərin Korrupsiyaya qarşı Mübarizə Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev korrupsiyada ittiham olunan BDU professoru Məhəmməd İmanlının həbsi barədə danışırlar.

«Vətəndaşı həbs etmək korrupsiyanın nəticələrinə qarşı mübarizə aparmaqdır, şəraitə qarşı yox».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov korrupsiyada ittiham olunan BDU-nun professoru Məhəmməd İmanlının həbsi barədə danışarkən deyib:

«Nə üçün həmin müəllimə şərait yaradılıb ki, kimisə universitetə qəbul etdirmək səlahiyyəti olsun? Onun belə bir səlahiyyəti varsa, o, bu səlahiyyətdən sui-istifadə edəcəkdi. Həmin şərait onun əlindən alınmalı idi».

V.Mövsümovun fikrincə, korrupsiyaya qarşı bu istiqamətdə mübarizə aparılsaydı, o zaman bunu əsl mübarizə adlandırmaq olardı.

QHT-lərin Korrupsiyaya qarşı Mübarizə Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev düşünür ki, korrupsiyaya qarşı yeni mərhələ başlanmaqdadır və mübarizə daha da dərinləşir.

NƏ ÜÇÜN MÜBARİZƏ ANCAQ AŞAĞI VƏZİFƏLİ ŞƏXSLƏRİ ƏHATƏ EDİR?
Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

Ə.Nuriyev deyir ki, yüksəkvəzifəli şəxslərlə əlaqədar korrupsiya hallarının açılması mürəkkəb məsələdir:

«Bu cür hallar ciddi əsaslandırılmış dəlillər və sübutlar tələb etdiyindən yüksək səviyyələrdə korrupsiyaya görə məsuliyyətə cəlbetmə hələ ki alınmır. Lakin proses ona doğru gedir».

Vasif Mövsümov isə deyir ki, vətəndaş yüksəkvəzifəli şəxslərlə ünsiyyətdə olmadığından onun haqqında şikayət verməsi mümkün deyil. O iddia edir ki, hətta bu baş verdiyi təqdirdə həmin insanlara təzyiqlər olunur və nəticədə şikayət geri alınır:

«BMT konvensiyasında qanunsuz varlanma haqda norma var. Təəssüf ki, bu norma Azərbaycanda işləmir. Bu normaya əsasən, yüksəkvəzifəli şəxslərin öz sərvətlərini hansı yolla yığması ilə bağlı araşdırma aparıla və həmin şəxslər həbs oluna bilər. Bundan başqa, KİV-lərdə gedən hər hansı informasiyaya dövlət orqanları reaksiya verməlidirlər. Düzdür, bununla da bağlı bir qanun yoxdur, amma ictimai rəy kimi diqqətə alınmalıdır».

Müzakirəni tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG