Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Rüstəm Fətəliyev: «Dövlət millətə fiziki yox, mənəvi gücünü göstərməlidir»


-

Rüstəm Fətəliyev
Rüstəm Fətəliyev
«Mən Rüstəm Fətəliyevəm. Atam kinodramaturq, anamsa müəllimədir. Özüm jurnalistəm. Mən çox yorulmuşam. Xeyli müddətdir içimdə yığılıb qalanları artıq saxlaya bilmirəm.

Döyülmüş həmkarımın şəklinə baxıb anlayıram ki, biz artıq qüdrətli ölkə olmaq fürsətini əldən vermişik».

Bu fikirləri Azərisport.com saytının baş redaktoru, «Zerkalo» qəzetinin idman müxbiri Rüstəm Fətəliyev jurnalist həmkarı İdrak Abbasovun döyülməsindən sonra deyib.

Onunla qısa müsahibəni təqdim edirik.

- Rüstəm bəy, niyə yorulduğunuzu məhz indi etiraf edirsiniz?

- Məsələ ondadır ki, İdrak Abbasovla biz həmkarıq. Bir yerdə işləyirik. Amma hətta bir yerdə işləməsəydik belə, bu hadisəyə reaksiya verməyə bilməzdim. Ümumiyyətlə, mən jurnalistlərə qarşı bu cür münasibətdən yoruldum. Mən özümü siyasət adamı hesab etmirəm.

Siyasətdən uzaq biriyəm. Amma jurnalistlər bu münasibətlə nəinki siyasətdə, hətta idman yarışlarında və digər sahələrdə də qarşılaşır, polis tərəfindən kobud rəftara məruz qalırlar. Nəinki jurnalistlərə, ümumiyyətlə Azərbaycan vətəndaşlarına qarşı belə münasibət var.

- Sizcə, nədən qaynaqlanır vətəndaşlara qarşı bu münasibət?

- Məncə müəyyən adamların öz yerində olmamalarından. Bəlkə də müəyyən sahələrdə təhsil almayan adamlar oturub, ondan belə vəziyyət yaranıb.

- Məmurları, vəzifəli şəxsləri nəzərdə tutursunuz?
Bəlkə də dünyada bu qədər fiziki gücə məruz qalmış başqa bir millət yoxdur. Ona görə məncə, dövlət millətə mənəvi gücünü göstərməlidir.

- Onların arasında məmurlar da, polislər də var. Hətta mən sizə deyim ki, jurnalistlər arasında da belə savadsızlar az deyil. Adamların öz yerində olmaması belə olaylara gətirib çıxardır.

Son vaxtlar görürük ki, bir jurnalistin şəxsi həyatına müdaxilə edirlər, digərini döyürlər və s.

Məncə, artıq buna susmaq olmaz.

- Sizcə, buna susmamağın, etiraz etməyin nəticəsi ola bilərmi?

- Mənim indiki məqsədim öz fikrimi bildirmək idi. Müşahidə etdiyim ictimai reaksiyaya görə, məncə etirazım alınıb. Bunun nəticəsi nə olacaq, onu əlbəttə ki, zaman göstərəcək.

Amma mən istərdim ki, jurnalistlərə qarşı davranışda müəyyən dəyişikliklər baş versin. Jurnalistin işinə məmurlar, polislər, nə bilim, mühafizə xidmətlərinin təmsilçiləri və digərləri hörmətlə yanaşsınlar.

- Sizcə, yanaşacaqlarmı?

- Onlar bilməlidirlər ki, bu cür hərəkətlər yolverilməzdir. Belə olaylara görə nəinki işlərini itirəcək, hətta məhkəmədə cavab verməli olacaqlar.

- Hansı halda sadaladığınız zümrəyə mənsub adamlar kiməsə qarşı qeyri-qanuni hərəkətə görə məsuliyyətə cəlb edilə biləcəklərini anlamış olarlar?


Bakıda söküntü
Bakıda söküntü
- Məsələn, mən bir yerə iş dalınca gedəndə bir jurnalist kimi orada özümü necə aparacağımı bilirəm. Eləcə də hər bir kəs, bütün peşələrin daşıyıcıları, vəzifə sahibləri də bilməlidirlər ki, bəlli davranış qaydaları var.

Məmur, polis, mühafizə xidməti əməkdaşı bilməlidirlər ki, onlar öz davranışlarına görə cavabdehdirlər. Bunun üçün də yəqin ki, onları öncədən təlimatlandırmalıdırlar. İndiki davranışları onların savadsızlığından da irəli gələ bilər. Yəqin ki, bir çoxu təhsil almayıblar və ictimai yerlərdə özlərini necə aparmalı olduqlarını bilmirlər.

Amma davranışlarına qarşı heç bir rəsmi reaksiya gəlməyəcəyindən arxayın olub da özlərini belə apara bilərlər.

Bu vəziyyət o vaxt qaydasına düşə bilər ki, onlar üzərilərində nəzarət hiss etmiş olsunlar, anlasınlar ki, bu cür davranışlarına heç kim susmayacaq. Yəni, onlardan kimsə qorxmayacaq.

- Vətəndaşlara qarşı hansı hallar var ki, Sizi daha çox yorur?

- Ümumiyyətlə, vətəndaşlara qarşı necə kobud rəftar edildiyini hamı görür. Söküntü aparılan yerlərdə çəkilmiş bir fotoşəkilə baxmaq kifayətdir ki, insanlarla necə rəftar edildiyini anlayasan.

Burada artıq əynində hər hansı xüsusi forma olan yox, adi fəhlələr insanları evindən sürüyüb bayıra atır. Belə fəhlələrin 60 yaşlı qadını əl ayağından tutub evdən çıxardıqlarını təsdiqləyən fotoşəkillər də var. Bu şəkillər özləri hər şey deyir. Götürüb baxırsan, şərhə
11 mart aksiyası
11 mart aksiyası
ehtiyac qalmır.

- Son dövrlər daha çox hansı məsələlərlə bağlı vətəndaşların hüquqlarının pozulduğunu düşünürsünüz?

- Bilirsiniz, «Eurovision» da, Olimpiada da, futbol üzrə Avropa çempionatı da mötəbər yarışlardır. Hər şəhər olimpiadaya iddialı ola bilmir. Bu mənada Bakının cəhdlərini yüksək dəyərləndirirəm.

Azərbaycan Gürcüstanla birlikdə Avropa çempionatına ev sahibliyi etmək üçün rəsmi müraciət etsə, bunu da təqdirəlayiq hal sayaram.

«Eurovision»un Bakıda keçirilməsinə gəlincə, bu, mənim üçün çox müsbət bir hadisədir. Amma biz xaricdə başqa ölkələrə belə bir mahnı müsabiqəsini keçirtməyə qadir ölkə olduğumuzu bəyan edir, öz gücümüzü göstəririksə, onda bir dövlət kimi bəlkə hərdən öz xalqımıza da nə qədər güclü olduğumuzu göstərək. Söhbət mənəvi gücdən gedir. Dövlət xalqa fiziki yox, mənəvi gücünü göstərməlidir. Fiziki gücünü başqa ölkələr əsirlər boyu bu millətə yetərincə göstəriblər. Bəlkə də dünyada bu qədər fiziki gücə məruz qalmış başqa bir millət yoxdur. Ona görə məncə, dövlət millətə mənəvi gücünü göstərməlidir.

İndiki iqtidarda bu istəkdə olan adamlar da var. Mən elələrini şəxsən tanıyıram. Amma hələ ki, onları eşidən yoxdur.
XS
SM
MD
LG