Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

“Titanik”in marşrutu ilə səfər başlayıb


Avropadan ABŞ-a "Titanik" gəmisinin xatirəsinə həsr olunmuş səfər başlayıb.

"Balmoral" adlı gəmi aprelin 8-də Btitaniya limanı Sauthemptondan yola düşüb. Gəmi "Titanik"in marşrutunu təkrarlayacaq.

Gəmidə "Titanik"də olan qədər sərnişin var: 1309 sərnişin (əkipaj üzvləri bura aid deyil). Səfər 21 gün davam edəcək və Nyu-yorkda başa çatacaq.

Gəmidə 20-ci əsrin əvvəllərinin mühiti qorunur: menyüdən tutmuş orkestrin repertuarına qədər. Sərnişinlər arasında "Titanik"də həlak olanların qohumları da var.

Aprelin 14-də "Balmoral"-ın göyərtəsində anım mərasimi keçiriləcək. Həmin vaxt "Titanik"in asyberqlə toqquşduğu saatlardı.

Sərnişinlər sağ qalan 120 nəfərin də məzarını ziyarət edəcəklər.

Ötən əsrin əvvəllərində "Titanik" ilk səfəri zamanı aysberqlə toqquşmuş, 1500-ə yaxın adam ölmüşdü.
XS
SM
MD
LG