Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:19

Ünsiyyət qurmağı sevmir, danışmır


8 yaşlı Bəhlul
8 yaşlı Bəhlul
8 yaşlı Bəhlul ətrafa maraqla baxır. Ancaq baxışları bir adamla qarşılaşan kimi tez gözünü çəkir. Anası Flora Kərimzadə deyir ki, Bəhlul onunla da bir anlığa göz-gözə gəlir. Sonra isə baxışlarını yayındırır. Anası deyir ki, Bəhlul ünsiyyət qurmağı sevmir, danışmır, ancaq eşidir. Bəhlul autizm sindromundan əziyyət çəkir. Flora Kərimzadə övladının bu xəstəliyi haqqında onun 3 yaşı olanda bilib:

AUTİZM NƏDİR?

«3 yaşı olanda müalicələrə aparırdıq. Həkim autizm diaqnozunu qoydu. Ona qədər biz bilmirdik ki, autizm nədir. Həkim bizə belə başa saldı: autizm o deməkdir ki, uşaq özünə qapalı olur, ətraf aləmdən təcrid olunur, öz-özlərinə gülürlər, ya da ağlayırlar. Bu uşaqlarda diqqət 0 vəziyyətindədir. Bu irsi də ola bilər, sonradan qorxudan da yarana bilər, nəyinsə təsirindən də özünə qapana bilər».

Flora Kərimzadə Bəhlulu 6 yaşından məşğələlərə aparır. Hazırda o, 11 saylı yardımçı məktəbdə oxuyur. Anası deyir ki, Bəhlul məşğələlərə gedəndən sonra irəliləyişlər var. İndi onda oturmaq qabiliyyəti yaranıb, əvvəlki kimi cəmiyyət arasında çıxanda qorxmur, ağlamır.

Bəhlul təqaüd alır. Ancaq sırf autizm diaqnozuna görə yox:

50 MANAT TƏQAÜD

«Belə uşaqlara əqli gerilik, nitq qüsuru diaqnozu qoyulur. Bu diaqnoza görə, 55 manat təqaüd alırdı. Artandan sonra 60 manat 50 qəpik olub. Ancaq bir psixoloqun yarım saatlıq seansı 10-15 manatdır. Nevroloji dərmanlar çox bahadır. Çox çətindir».

Bəhlul Azərbaycandakı təxminən 3500 autizm diaqnozlu uşaqdan biridir. Autizm İctimai Birliyinin sədri Çiçək Məmmədli deyir ki, bu rəqəm əslində böyükdür:

«Çünki çox vaxt ailələr uşaqlarını qeydiyyatdan keçirmirlər. Uşaqları qapalı saxlayırlar. Ancaq bu uşaqları cəmiyyət arasına çıxarmaq, onları qorxu hissindən azad etmək əsas
Esmira Kazımova
Esmira Kazımova
şərtdir».

MÜALİCƏSİ PSİXOLOQ, DEFEKTOLOQDUR

Aybəniz Məmmədovanın 5 yaşlı nəvəsi Əli də autizm sindromundan əziyyət çəkir. Əli də psixoloq yanında müalicə olunur:

«Belə uşaqlar insanla ünsiyyət qurmaq istəmir. Hərdənbir söz deyir. Məsələn, deyirik ki, «Əli, yataq», deyir «yataq». Biləndə ki, bunu biz demişdik, sonra təkrar etmir. Həkim deyir ki, bu xəstəlik dərmansızdır. Müalicəsi psixoloq, defektoloqluqdur».

Həkim defektoloq-loqoped Esmira Kazımova deyir ki, autizm sindromunun səbəbləri dəqiq bilinməsə də, həkimlər 3 versiya üzərində dayanır:

REABİLİTASİYANIN NƏTİCƏSİ OLA BİLƏR

«Bu versiyalar diaqnostika, ekologiya və irsiyyətdir. Dərmanlarla müalicəsi yoxdur, ancaq reabilitasiya işləri olmalıdır. Reabilitasiya nəticəsində uşaqlar normal həyata da qayıda bilirlər. Sosial həyata qayıdış 2-3 il də çəkə bilər, ömrü boyu da davam edə bilər».

Flora Kərimzadənin isə ən böyük arzusu 8 yaşlı oğlu Bəhlulun gözlərinə diqqətlə baxmasıdır. Anası deyir ki, «gözünü gözümdən yayındırmasa, bilərəm ki, artıq sağalıb».
XS
SM
MD
LG