Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Alim Qasımov «Eurovision» mahnısı haqda nə dedi?


Alim Qasımov
Alim Qasımov
«Hal-hazırda biz mahnının Azərbaycan versiyası üzərində işləyirik»

Bu sözləri Azərbaycanın «Eurovision-2012» təmsilçisi Səbinə Babayeva eurovision.az saytına müsahibəsində açıqlayıb.

Səbinə Babayeva «When The Music Dies» mahnısının Azərbaycan versiyasında milli alətlərin bol olacağını da bildirib: «İstəyirik ki, mahnımıza, nömrəmizə, mahnımızın quruluşuna daha çox diqqət yetirək».

Səbinə Babayeva müsabiqə ərəfəsində London, Macarıstan və Amsterdama səfər edəcəyini də deyib.

Azərbaycan təmsilçisi müsabiqənin final mərhələsində 13-cü çıxış edəcəyinə çox sevindiyini bildirib:

«Eurovision»da Azərbaycanı təmsil edəcək klip [VIDEO]

«Eurovision»da Azərbaycanı təmsil edəcək klip [VIDEO]
«Püşkatma zamanı 13 rəqəmi altında çıxış edəcəyim məlum olduqda çox sevindim. Çünki bu, mənim ən düşərli və sevimli rəqəmlərimdəndir. Maraqlısı ondadır ki, «Slavyan ulduzu» yarışmasında qran-pri mükafatını qazananda da məhz 13 nömrə altında çıxış etmişdim. Bu, bir neçə dəfə olub və mənim üçün sevindirici haldır».

S. Babayeva «Eurovision 2012»-də iştirak edən digər ölkələrin təmsilçilərindən də danışıb və bu il çox güclü təmsilçilərin mübarizə apardığını deyib:

«Amma mən rəqabət və ya rəqiblər haqda düşünmək istəmirəm, çünki bütün gücümü məhz şoumuzun hazırlığına sərf edirəm».

Yeri gəlmişkən, dünən xanəndə Alim Qasımov da Səbinə Babayeva ilə bağlı fikirlərini eurovision.az saytına açıqlayıb.

Sən demə, Səbinə Babayevanın «When The Music Dies» adlı mahnısını ilk dinləyənlərdən biri Alim Qasımov olub.

Mahnının ilk nüsxəsi dinləmək üçün xanəndəyə göndərilib.

Səbinə Babayeva
Səbinə Babayeva
Mahnıyla tanışlıqdan sonra Alim Qasımov melodiyaya uyğun olaraq bir neçə muğamdan, xüsusilə də «Bayatı Şiraz» muğamının «Bayatı İsfahan» şöbəsindən ekspromt boğazlar edib.

«When The Music Dies» mahnısında məhz həmin ekspromt ifadan hissələr yer alır.

Alim Qasımov:

«Çox maraqlı mahnıdır, təsiredicidir. Əlbəttə, hər şey ifaçıdan, musiqiçilərdən, aranjemandan asılıdır. İndi bizim milli musiqi alətlərimizi də mahnıya qoşublar. Mən ilk dəfə dinləyəndə bu yox idi. Artıq mahnıda Azərbaycan əhval-ruhiyyəsi yaranıb. Məsləhət oldu ki, mahnıya muğam boğazları əlavə edim. Etdim».

Alim Qasımov Səbinə Babayevanın mahnının öhdəsindən gələcəyinə inandığını bildirib:

«Çünki mahnı ilə səs tapışıblar. Arzu edirəm ki, Səbinə xanım özünü heç kəsə oxşatmasın. Mahnını öz daxili aləmində yaşasın. Və bilsin ki, orada bizim gözəl muğamımızın bir hissəsi oxunub. İnşallah, bəyənilər! Uğurlar diləyirəm!».
XS
SM
MD
LG