Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:31

Azərbaycan Uşaq «Eurovision» Müsabiqəsində niyə iştirak etmir?


Ukraynada keçirilən Junior Eurovision mahnı yarışması. 2009
Ukraynada keçirilən Junior Eurovision mahnı yarışması. 2009
Azərbaycan 2008-ci ildən «Eurovision» Mahnı Müsabiqəsinə qatılsa da, bu müsabiqənin alt-yarışması olan Uşaq «Eurovison» Müsabiqəsinə indiyə qədər təmsilçi yollamayıb. Buna səbəb kimi 2008-ci ildə İctimai kanalın nümayəndəsi Adil Kərimli açıqlama vermişdi ki, müsabiqə üçün istedadlı uşaq axtarışının müsbət nəticələri yoxdur.

«BİRİNDƏN YAPIŞMIŞIQ»

İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərov AzadlıqRadiosuna bildirib ki, «Eurovision»-un bütün tədbirlərinə qatılmaq gərgin iş tələb edir, ona görə də indiyə qədər Azərbaycan Uşaq «Eurovision»-a qatılmaqdan imtina edib:

«Dünyanın əksər ölkələri iştirak etməyib. Çünki həm «Eurovision» olurdu, həm uşaq, həm də rəqs yarışması. Ona görə də üçünə birlikdə hazırlaşmaq çox gərgin bir iş tələb edir. O qədər də asan deyil. İstedadlı uşaqlarımız çoxdur, qruplar da var. Sadəcə olaraq onları hazırlamaq, təşkilatlandırmaq, onları bütün qaydalarla tanış edib yüksək səviyyədə ortalığa çıxartmaq o qədər də asan deyil. Çox ciddi bir təşkilati iş tələb edir. Ona görə də birindən yapışıb eləmişik, hamısını edə bilməmişik».

İsmayıl Ömərov
İsmayıl Ömərov
2010-cu ildə Azərbaycanın yarışmaya qatılmamasının səbəblərindən biri kimi bu müsabiqəyə külli miqdarda vəsaitin xərclənməsi də göstərilmişdi.

Azərbaycanın builki tədbirə qatılıb-qatılmayacağı qərarı iyun ayının ortasına qədər bəlli olacaq.

AZƏRBAYCANI DA DƏVƏT EDİBLƏR

Uşaq «Eurovision»nun baş nəzarətçisi Sietse Bakker Azadlıq Radiosuna deyib ki, onlar İctimai Televiziya ilə danışıqlar aparıblar və Azərbaycanı bu müsabiqədə iştiraka dəvət ediblər:
«EUROVİSİON»-la BAĞLI BÜTÜN XƏBƏRLƏR

«İctimai Televiziyanın Uşaqlar üçün olan yarışmada iştirak haqqı var. Əgər istəsələr. Burda heç bir öhdəlik yoxdur. Bu yarışma 10-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Onlar həm oxuya bilməlidirlər, həm də bəstəkarlıq qabiliyyətləri olmalıdır. Uşaqlar öz ana dillərində mahnı oxuyurlar. Uşaq «Eurovision» Mahnı müsabiqəsi gənc nəsil üçün böyük bir bayram və gənc yaşda istedadlarını sərgiləmək üçün bir imkandır. Bu yarışma vasitəsilə biz bütün Avropadan uşaqları bir araya gətiririk ki, bir-birini tanısınlar və mədəni dəyərlər mübadiləsi etsinlər».

Uşaq «Eurovision» Mahnı müsabiqəsi 2003-cü ildən təşkil olunmağa başlayıb. O vaxtdan bəri Gürcüstan və Belorusdan olan uşaqlar 2 dəfə qələbə qazanıblar.

Gənc bəstəkar Ülviyyə Vəliyeva Azərbaycanın Uşaq «Eurovision»-una qatılmamasını istedad qıtlığı ilə əlaqələndirməyin tərəfində olmadığını deyir. Elə ona görə də 4 qızdan ibarət «Butterflies» («Kəpənəklər») adlı qrup yaradıb. Bəstəkar deyir ki, qrupun məqsədlərindən biri «Eurovision Junior» səhnəsinə hazırlaşmaqdır:

SADƏCƏ UŞAQLA İŞLƏMƏK LAZIMDIR

2010-cu ildə uşaq «Eurovision» Müsabiqəsində qalib gələn Vladimir Arzumanyan
2010-cu ildə uşaq «Eurovision» Müsabiqəsində qalib gələn Vladimir Arzumanyan
«Azərbaycanın bu yarışa qatılmaması guya uşaq qıtlığı ilə bağlıdır. Halbuki məncə, sadəcə uşaqla məşğul olmaq həvəsi olanlar çox azdır. Əsas istəkdir. İşləmək lazımdır. Bir çox ölkələr Uşaq «Eurovision»una qatılıb. Gürcüstan neçə dəfələrlə udub. Uşaqlar var. Tək «Butterflies»ı üzə çıxartmıram mən. Təqdim edəcəyim bir neçə qrup olacaq. Uşaq rock qrupu, uşaq rep qrupu hazırlayıram. Uşaqlar arasında maraqlı, potensiallı uşaqları götürürəm».

Ülviyyə Vəliyeva deyir ki, uşaqları səhnəyə hazırlamaq müəyyən xərc tələb etsə də, onunla çalışan stilist, aranjemançı və s. könüllü fəaliyyət göstərirlər.

2010-cu ildə Uşaq «Eurovision»-un qalibi Ermənistandan olan çıxışçı idi. Bir il sonra bu yarışmaya ev sahibliyi edən Yerevanda isə gürcü yarışmaçısı qalib gəlib. Ermənistanın bu müsabiqəyə xərci təxminən 1, 85 milyon dollar qeyd edilir.

Gürcüstan İTV-dən verilən məlumata görə isə hər il bu müsabiqəyə uşaq göndərmək üçün 20 min dollar civarında vəsait xərclənir.

Növbəti Uşaq «Eurovision» müsabiqəsi dekabrın 1-də Amsterdamda keçiriləcək. Bu müsabiqənin keçirilmə yeri qalibə görə müəyyənləşmir.
XS
SM
MD
LG