Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:41

Quba toqquşmalarının Facebook mənzərəsi


Quba toqquşmalarının Facebook mənzərəsi
Gözlə

No media source currently available

0:00 0:52:25 0:00
Direct-ə keçid

Quba toqquşmalarının Facebook mənzərəsi

Martın 2-də saat 14-də, AzadlıqFM proqramında aşağıdakı suala cavab axtarırdı: FACEBOOK OVQATI NƏ DƏRCƏDƏ İCTİMAİ RƏYİ ƏKS ETDİRİR?

Facebook etirazlarından Quba iğtişaşlarına aparan yol nə qədər qısadır?

Qubada baş verən kütləvi iğtişaşlarda sosial şəbəkələrin rolu. Bu sual martın 1-də yenidən gündəmə gəldi. İcra başçısının çıxışının sosial şəbəklərdə yayılan videosuna ilk etirazlar məhz Facebookda səsləndi. Sonra bu etirazlar vitual məkandan Quba küçələrinə keçdi.

Facebook ovqatı nə dərəcədə ictimai rəyi əks etdirə bilir. Virtual etirazlarla, real narazılıq arasında oxşar və fərqli cəhətlər nədir?

QUBA HADİSƏLƏRİNİN FACEBOOK MƏNZƏRƏSİnə AzadlıqFM-in növbəti buraxılışnda müzakirə olundu. Mövzuya blogger, sosioloq və millət vəkili münasibətlərini bildirdi. Quba sakinləri və Qubaya ezam olunmuş AzadlıqRadiosunun müxbiri efirə qoşuldurlar.

Proqramın videoyazısına mətnin yuxarısında bax.

Səs yazsını isə burada dinlə (diqqət! Səs yazsı xəbərlərlə başldığından AzadlıqFM audionun 8-ci dəqiqəsindən sonra başlayır)
«AZADLIQFM»DƏ DEYİLƏNLƏRDƏN

Bloqqer Hacı Hacılı: ««Facebook»dakı etirazlardan Quba iğtişaşlara aparan yol 2-3 gün çəkdi… İcra başçısının dedikləri əks olunan videogörüntülərə təxminən 2000 adam baxmışdı. Rayonlarda sosial şəbəkələr o qədər də populyar deyil, videogörüntüdə deyilənləri camaat özü ənənəvi yolla bir-birinə çatdırmışdı.

Telefonla canlı yayıma qoşulan Quba sakini Mövsüm: «Mən özüm icra başçısının çıxışını internetdə izləmişdim, amma daha çox telefonlarla yayılırdı, hamının telefonunda var idi bu kadrlar. Amma icra başçısının konkret nəyi nəzərdə tutduğunu deyə bilmərəm, heç biz də anlaya bilmədik ki, 30-40 manat bazarlıq kimə gedir, torpağı kim satır?».

Sosioloq Əhməd Qəşəmoğlu: «Rayonlarda rəy yaradan adamlar olur, onların fikrini öyrənmək kifayətdir ki, regionun vəziyyətini biləsən. Quba hadisələri də illərlə yaranmış narazılığın nəticəsidir…».

Deputat Zahid Oruc: «Dövlət televiziyalarının bu məlumatı yaymamasına təəssüflənirəm, amma hesab etmirəm ki, bu, bir tapşırıq nəticəsində olub. Özlərini təhqir olunmuş sayan insanların etirazı başadüşülən idi, heç kim buna qarşı çıxmır. Amma gərək ev yandırılmayaydı. Bu, bolşeviklikdir. Hesab olunursa ki, ev haram pulla tikilib, araşdırma aparıla, ev dövlətin hesabına keçirilə bilərdi…».
XS
SM
MD
LG