Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:42

“Eurovision-2012” üçün Bakıya gələnlərə viza qaydası sadələşdi


Eurovision 2012 üçün nəzərdə tutulan məkanın planı.
Eurovision 2012 üçün nəzərdə tutulan məkanın planı.
Bu ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsi üçün Bakıya gələn əcnəbilər vizalarını elə Bakı hava limanında ala biləcəklər. Amma bunun üçün “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu, yaxud, Avropa Yayımları Birliyinin qaydalarına uyğun olaraq akkreditasiyadan keçmək, ya da müsabiqənin konsertində iştirak üçün bilet göstərmək lazım olacaq. Bu üç sənəddən biri Bakı hava limanında viza almağa bəs edəcək.

Bu barədə prezident İlham Əliyev fevralın 10-da fərman imzalayıb.

Sənəddə sadələşdirilmiş qaydada viza almaq istəyən xaricilər üçün müddətlər də nəzərdə tutulur:

“Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri 2012-ci il aprelin 15-dən iyunun 1-dək belə viza üçün müraciət edə bilərlər.

Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər isə 2012-ci il mayın 10-dan iyunun 1-dək müraciət etməlidirlər.

2010-cu ilin parlament seçkilərinə qədər xarici ölkələrin vətəndaşları indi Eurovision üçün nəzərdə tutulan qaydada Bakı hava limanında viza ala bilirdilər. Amma həmin ildən Azərbaycana viza verilməsi qaydası sərtləşdirilib. Hazırda əcnəbilər Azərbaycana viza ala bilmək üçün Azərbaycandan dəvətnamə alıb yalnız xarici ölkələrdəki konsulluqlara müraciət etməlidirlər.

Fevralın 10-da hökumət "Eurovision-2012" müsabiqəsinin təşkilinə daha 50 milyon manat da ayırıb.
XS
SM
MD
LG