Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:34

Aksiya iştirakçılardan bir neçəsi 5 günlük həbs edildi [VIDEO]


Taksi sürücüləri etirazlara davam edirlər
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00
Direct-ə keçid

Yanvarın 19-da 100-ə yaxın taksi sürücüsü Nəqliyyat Nazirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, aksiya zamanı saxlanılan sürücülər xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

Amma aksiyada saxlanılan sürücülərin ailə üzvləri məlumatı təsdiqləmirlər.

Aksiya zamanı saxlanılan Dalğa Gənclər Hərəkanının üzvü Qurban Məmmədov Yasamal Rayon məhkəməsinin qərarıyla 5 sutka həbs edilib. Bundan başqa saxlanılan taksi sürücüsü İlham Əmiraslanovun ailəsindən verilən məlumata görə o da 5 sutka həbs cəzası alıb.

***
Yanvarın 19-da taksi sürücüləri avtomobillərin taksi kimi istifadəsinə qoyulan qadağalara etiraz olaraq növbəti dəfə Nəqliyyat Nazirliyinin yanında aksiya keçirməyə cəhd etdi.

Nazirliyin qarşısına toplaşmağa polis imkan verməsə də, 100-ə yaxın sürücü tədricən yaxınlıqdakı dayanacağın ətrafına yığıldı. İştirakçıların çoxaldığını görən polis, onları toplaşdıqları ərazidən uzalaşdırmağa başladı:

«BİZ DAVAM ETMİRİK»

Polis: Tez olun, dağılışın, dağılışın!!!
Sürücü: Bəs bizə bir yol göstərin də... Biz nazirliklə üzbəüz durmaq istəyirik.
Polis: Biz də ictimai əsaişi qorumağa gəlmişik

Daha sonra taksi sürücüləri ilə şikayətlərini davam etdirdilər:

«Biz dava etmirik, dövlət çevrilişi etmirik, gəlmişik sözümüzü deməyə ki, bizi eşidin. Vaxt versin ki, qardaş, maşını normal vəziyyətə sal. Daha o demək deyil ki, maşınını tamam dəyiş. Bütün Azərbaycan bilir ki, taksi şoferləri niyə vadar olub taksidə işləməyə».

«Arvad döyüb qovub məni, deyib get evə çörək gətir».

«7 uşağı var taksi ilə saxlayır...»

BENZİN VƏ LEZVA HƏDƏSİ

Bu anda polis işçisi aksiyaçılardan birini saxlamaq istəyir. O, isə üstünə benzin tökəcəyi ilə polisi hədələyir.

Daha sonra polislər sürücülərdən daha birini saxlamaq istəyəndə o əlindəki lezvanı ağzına qoydu.

«Allaha and olsun udacam bunu...»
Polislər: «Ağzında lezva var, lezva var...»

Taksi sürücüsü müqavimət göstərdi, polislər onu zorla post patrul maşınına basdılar. Özü içəridə, ayaqqabları isə çöldə qaldı.

«NEYNƏMİŞƏM AXI MƏN?»

Sürücü: «Neynəmişəm axı mən? Burax, çıxıb gedirəm evimə... Ürəyim sıxılır...»
Polis: «Gir də ala, nə müqavimət göstərirsən?! Vur başına, vur!!!»

Polislərin müdaxiləsi aksiya iştirakçılarını iki hissəyə ayırdı. Bir hissəsi üzü 20 Yanvar dairəsinə gedən yola, digər qismi isə keçmiş «Qələbə» dairəsinə tərəf yön aldı.

Aksiyaya gənclərdən də qatılan oldu. Nida və Dalğa gənclər hərəkatlarından olan gənclərdən ikisi saxlanıldı.

DİGƏR TAKSİLƏRİN REAKSİYASI

Polislər sürücülərdən 10 nəfərini saxladı. Aksiyaya gələnlər demək olar ki, dağılışmışdı. Polis yol kənarındakı maşınları və dayanan insanları da ərazidən uzalaşdırırdı. Hadisə yerində qalan sürücülərdən üçünü də saxlayıb zorla post patrul xidməti maşına mindirdilər. Tutulan şəxsləri və polisin onlarla davranışını çəkmək istəyən jurnalistlərə polislər mane olub kameralarının qarşısını kəsdirirdi.

Sürücülərdən qalanları 20 Yanvar dairəsinə gəlsə də, aksiyanı davam etdirə bilmədilər.
Ətrafda taksidə oturmuş və ya yol ilə keçən taksilərə əl edib onları qoşulmağa çağırsalar da, qoşulan demək olar ki, olmadı. Sürücülər deyir ki, tələbləri yerinə yetirilənə kimi aksiyalara davam edəcəklər.

AzadlıqRadiosuna müsahibəsində isə nazirliyin sözçüsü Namiq Həsənov bildirib ki, hətta sürücülərin aksiyaları davamlı olsa belə bu, verilən qərarı dəyişməyəcək. Başqa sözlə, Nəqliyyat Nazirliyi ilə Yol Polisinin lisenziyasız taksilərə qarşı başladıqları reydlər bundan sonra da davam etdiriləcək.
XS
SM
MD
LG