Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:15

22 il əvvəl İran sərhədində...


Sovet-İran sərhədi - yanvar 1990
Sovet-İran sərhədi - yanvar 1990
Türkmənçay müqaviləsindən sonra ilk dəfə, 22 il bundan əvvəl - 1990-cı il yanvarın 19-da Astara keçid məntəqəsində İran qapıları taybatay açıldı.

Hadisənin iştirakçısı Astara şəhər sakini Elçin İbrahimli deyir ki, onda adamların qarşısını almaq üçün sovet sərhədinə zirehli texnika və canlı qüvvə cəlb edilmişdi:

«BU HƏRƏKAT İMPERİYAYA QARŞIDIR»

«Yanvarın 19-u günorta saatlarında Astaranın mərkəzi meydanında mitinq oldu. Mitinqdə bir neçə rayonun sakinləri iştirak edirdi. Mitinqdən sonra yüzlərlə adam İranla SSRİ arasında olan körpünün üstündəki qapıya tərəf hərəkət etdi. Sovet sərhədçiləri, xüsusi təyinatlılar müqavimət göstərmədən bizə yol verdilər. Körpünün üstündə 5 nəfər nümayəndə İran tərəfinə keçdi. Onları başa saldılar ki, bu hərəkat imperiyaya qarşıdır».

QAPILAR 3 GÜN AÇIQ QALDI...

Sərhədlər 3 gün açıq qaldı. 20 Yanvar hadisəsindən sonra məlum oldu ki, məqsəd əhalini günahlandırmaq olub. O vaxt Moskva televiziyaları Astara keçid məntəqəsində sındırılmış qapıları dəflərlə nümayiş etdirərək 20 Yanvar hadisəsinə haqq qazandırırdılar.

Paytaxt Bakıda törədilən 20 Yanvar faciəsindən 5 gün sonra sovet qoşunları Azərbaycanın cənub bölgəsinə girdi. Neftçalada 2, Lənkəranda isə 6 nəfər qətlə yetirildi. 50-dən çox etirazçı Rusiyanın müxtəlif həbsxanalarına sürgün edildi. Sürgün edilənlər 4 aydan sonra buraxıldılar.
XS
SM
MD
LG