Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:27

İran Hörmüz boğazını bağlasa, ABŞ cavab verəcək


Əgər İran strateji Hörmüz boğazını bağlasa, ABŞ cavab verəcək. Bunu ABŞ-ın müdafiə naziri Leon Panetta CBS televiziyasına müsahibəsində deyib.

Qərargah Rəhbərləri Birliyinin rəhbəri, general Martin Dempsey də eyni tok-şouda bildirib ki, ABŞ boğazı yenidən açmaq üçün tədbir görərdi.

Bir neçə gündür, İran hədələyib ki, Avropa Birliyi ona qarşı neft sanksiyası qoyarsa, bunun qarşılığında Hörmüz boğazını bağlayacaq.

Dünya neftinin böyük hissəsi bu boğaz vasitəsilə daşınır.

Qərb İranı nüvə silahına sahib olmaq istəyində günahlandırır, İran isə bu ittihamı rədd edir.
XS
SM
MD
LG