Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:44

Moldova sakinləri Rusiya qüvvələrinin çıxarılmasını tələb edir


Moldovanın Dubossarsk rayonunda Rusiya sülhümühavizə qüvvələrinin ölkədən çıxarılması tələbilə mitinq keçirilib.

250-ə yaxın yerli sakin Dnestr üzərindəki körpünü bağlayıb.

Avropaya İnteqrasiya Alyansının təşkil etdiyi mitinqdə Liberal partiyasının lideri Mixay
Qimpu və Kşniyov meri Dorin Kirtoake çıxış ediblər.

Onlar ATƏT-in sülhümühavizə missiyasına daxil olan birgə Rusiya-Dnestryanı region-
Moldova qüvvələrinin dəyişdirilməsi və bu günlərdə yerli sakin Vadim Pisarın qətlinə görə cavabdehlərin cəzalandırılmasını tələb ediblər.

Rusiya əsgəri yanvarın 1-də onu nəzarət-buraxılış məntəqəsində güllələyib.

Əsgərlər onun dayanmaq əmrinə tabe olmadığını deyirlər.

Rusiyanın xarici işlər nazirliyi məsələyə yanvarın 4-də münasibət bildirib, onun ölümündən təəssüf bildirib.
XS
SM
MD
LG