Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Rafiq Əliyev: «Bu xalqın yolunda istənilən çətinliyə getməyə hazıram»


Rafiq Əliyev
Rafiq Əliyev

«Hazırda əsas üsul zor üsuludur, basqı üsuludur. Kim dindi, özünü işdən çıxar, övladını işdən çıxar. Amma bu effekt verməyəcək».

-

Akademik Rafiq Əliyev AzadlıqRadiosunun «İşdən sonra» proqramında dinləyicilərin suallarını cavablandırıb. Verilişdən bəzi sitatları diqqətinizə çatdırırıq:

NEFT AKADEMİYASINDAKI VƏZİFƏSİNDƏN ÇIXARILMASI HAQDA


- «Söhbət burda vəzifədən kənarlaşdırmaqdan getmədi. Burda söhbət ədalətsizliyə olan reaksiyadan gedirdi. Mən bunu öyrənmək istədim».


- «Onlar bu hərəkətləri ilə qıcıq verdilər cəmiyyətə. Bu zor qıcığı idi. Amma cəmiyyət bunu pozitiv qıcıq kimi qəbul etdi. Çünki cəmiyyət ədalət istəyir».

- «Hökuməti, nazirləri mən bu söhbətə qatmıram. Çünki qıcığı verən onlar deyildi. Bunu idarəetmə ierarxiyası edirdi».

- «Belə bir eksperiment aparıldı ki, görəsən, zor gücünə ziyalını susdurmaq mümkündürmü? Gördülər ki, bu, mümkün deyil».

SİYASƏT HAQDA

- «Hazırda əsas üsul zor üsuludur, basqı üsuludur. Kim dindi, özünü işdən çıxar, övladını işdən çıxar. Amma bu effekt verməyəcək».

- «Heç kim gəlib bizim əvəzimizə burda düzəliş aparmayacaq».

- «Xalqın gərək gücü olsun ki, bu problemləri həll edə bilsin. Hər şeyi hakimiyyətin, başqa dövlətlərin üstünə atmaq düzgün deyil».

- «Azərbaycanda çox dəbdədir çörək imtahanı».

- «İstəyirik ki, bizdə hadisələr yumşaq keçsin. Bunun üçün də islahatlar lazımdır».

ZİYALILAR FORUMUNA QARŞI İQTİDAR KAMPANİYASI HAQDA

- «Mənə qarşı imza atanlara yazığım gəlir. Onları zəlil gününə qoydular. İmtina edən, imza atmayan insanlar da yetərincə idi. Cəlal Allahverdiyevin vicdanı susmadı. Mənim əleyhimə imza atanlarla da salamlaşaram».

- «Ziyalılar Forumunda heç kim istəmir ki, ərəb ölkələrində baş verənlər burda baş versin. Biz yalnız ağrıyan yeri deyə bilərik, siyasi fəaliyyət yoxdur».

CƏMİYYƏT HAQDA

- «Şükürlər olsun ki, cəmiyyətdə dinamika pozitivdir».

- «Mənimçün maraqlı odur ki, bizim cəmiyyətimizin durumu nə gündədir. Onun sabahı, perspektivləri necə olacaq?».

- «Allah bizə bu nefti veribsə, (əvəzində) başqa şeyi alıb - bir az ədaləti alıb, bir az cəmiyyətin süskünlüyünü verib. Müxtəlif sahələrdə balans pozulub».

- «Azərbaycanda islahatlar gedəcək, Azərbaycan dəyişəcək. Ona görə ki, dəyişməyə bilmərik. Alternativ yoxdur buna. Çünki dünya dəyişir».

- «Bizim heç bir siyasi iddiamız yoxdur. Amma cəmiyyətdə olan eybəcərliklərə dözmək düzgün deyil».

RAFİQ ƏLİYEV RAFİQ ƏLİYEV HAQDA

- «Səbirli olmağım peşəmlə əlaqədardır».

- «Bu situasiyada öyrənmək istədiyim cəmiyyət idi. Çünki bu hadisələrin arxasında duranlar məlum idi. Mənim üçün maraqlı idi ki, cəmiyyətimiz ayaqdadır ya yox».

- «Mən yüzdəyüz deyirəm ki, bu xalqın yolunda istənilən çətinliyə getməyə hazıram. Hətta qələmimi süngüyə çevirib Qarabağa getmək lazım olsa belə gedərəm».

- «Məni nələr gözlədiyini bilirdim. Mən bu obyekti öyrənmişdim».

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG