Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

«Xalq istəsə, prezident olaram»


Mehman Əliyev
Mehman Əliyev
AzadlıqRadiosunun «İşdən sonra» proqramında 9 noyabr - Bayraq Günü «Bayraq altında baş verənlər»dən danışan «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev belə deyib. Onun dediklərindən bəzi sitatları nəzərinizə çatdırırıq:

BAYRAQ HAQDA

- «Sovet dövründə belə bir bayram yox idi. Ancaq bayrağa daha çox hörmət var idi...».

- «Bu bayram ayrıca bir şəxsin bayramı sayılmır. Bu, milli bayramdır. Bu mənada milli münasibət, milli birlik olmalıdır...».

- «Bu bayramı formal olaraq elan ediblər, ancaq təəssüflər olsun ki, bayram kimi qeyd olunmur...».

- «Bayrağın dəyəri onun hündürlüyündən və yaxud onun ölçüsündən asılı deyil...».

- «Bayrağa münasibət onun ölçüsündən asılı olmamalıdır, bizim əməllərimizdən, işlərimizdən, dövlətə-millətə xidmətdən keçməlidir».

- «Biz bayraqdakı rəmzlərin harmoniyasını yarada bilmirik. İslama, türkçülüyə, demokratiyaya qarşı münasibət hamıya bəllidir...».

- «Bu üç rəmz bir-birinə antaqonizm yaratmır. Antaqonizmi yaradan bugünkü hakimiyyətdir...».

- «1988-89-cu illərdə bayrağı meydana çıxaranlar indi ya işsizdirlər, ya türmələrdədirlər, ya təqib olunurlar. Bayrağı tapdalayanlar, o bayrağı tanımayanlar, ona qarşı çıxanlar hakimiyyətdə
Ziyalılar Forumu
Ziyalılar Forumu
oturublar...».

ZİYALILAR HAQDA

- «Ziyalılar ağrının daşıyıcısıdır və onlar xalqın ağrısını ifadə edirlər. Ziyalılar bunu edirlərsə, deməli, həqiqətən problem var cəmiyyətdə. Bunu görmək lazımdır. Təəssüflər olsun ki, hakimiyyətdə olan yüksək rütbəli məmurlar bunu görmək istəmirlər...».

- «Bizim üstümüzdə ucalan ən böyük rəmz azad sözdür. Biz onu təmin edə bilsək, Şuşanı da götürəcəyik, burda başqa proseslər də gedəcək. Güclü bir cəmiyyət olacaq. Və o bayraq ən yüksək zirvələrdə dalğalanacaq...».

- «Qarabağ problemini ancaq demokratik rejimlər həll edə bilər. Yəni, Azərbaycanda və Ermənistanda demokratik yolla hakimiyyətə gəlmiş hökumətlər olmalıdır...».

- «Rafiq Əliyevə qarşı çox böyük haqsızlıq olub və bunun arxasında əsasən siyasi motivlər var. Bu, sadəcə başqa ziyalılar üçün də örnəkdir ki, bu foruma qoşulsanız, bu cür insanlarla oturub dursanız, sizin də aqibətiniz bu olacaq. Bu, Azərbaycan ziyalılarına qarşı böyük bir təzyiqdir...».

- «Məncə, Rafiq Əliyevə qarşı atılmış bu addımın ciddi effekti olmayacaq. Narazılıqlar var, belə getsə, narazılıqlar daha da artacaq. Hesab edirəm ki, bu yolla bunun qarşısını almaq çətindir...».

MƏTBUAT HAQDA

İlham Əliyev
İlham Əliyev
- «Son zamanlar mətbuatda durum daha da pisləşir. Mətbuatın özündə narazılıqlar var. Baxmayaraq ki, çoxları hakimiyyətə satılıb, narazılıqlar, daxili etirazlar var...».

HAKİMİYYƏT HAQDA

- «Korrupsiya ilə mübarizə bunların özlərinin istəyi deyil. Bunlar məcburiyyət şəklində bunu deyirlər. Beynəlxalq təşkilatlar bunu tələb edir...».

- «Bu sistem çərçivəsində heç nə şəffaf olmayacaq. Şəffaf olsa, onda sistem dəyişir, hakimiyyət dəyişir. Bunlar da ona getməyəcək. Elə bil, proqramlaşdırılıb qarşıdurmaya getmək. Rejim belə işləyir...».

- «Bu ölkədə yaradılan sistem çox insanları əzir. İnsanların hamısı - məmuru da, kasıbı da qorxu içində yaşayır...».

- «Mən vuruşuram, nə bacarıram edirəm. İtkilərİm də var, uğurlarım da. Mən bu prosesdəyəm və öz yolumu gedirəm...».

- «Xalq çağırsa, istəsə, mən prezident olaram».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG