Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:26

Baş Prokurorluq: Baş redaktor deputatdan rüşvət tələb edib


Əvəz Zeynalov
Əvəz Zeynalov
Baş Prokurorluq «Xural» qəzetinin baş redaktorunun həbsi ilə bağlı məlumat yayıb.

Məlumatda Əvəz Zeynalovun deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edildiyi bildirilir.

«İstintaq müəyyən edib ki, Əvəz Zeynalov Gülər Əhmədova barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzetdə çap olunacağını bildirməklə ondan 10 min manat rüşvət tələb edib».

Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsində Əvəz Zeynalov barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət tələb etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir», - deyə məlumatda bildirilir.

İttiham təsdiq olunarsa, baş redaktoru əmlakı müsadirə olunmaqla 8 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Jurnalistin özü ittihamları rədd edir.
XS
SM
MD
LG