Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Diktatorların göz yaşlarına kimlər inanmır?


Adıgözəl Məmmədov
Adıgözəl Məmmədov
«Diktatorların göz yaşlarına regionda məqsədyönlü şəkildə öz siyasətini yürüdən qlobal dövlətlər inanmır».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Diktatorların göz yaşlarına kimlər inanmır?» mövzusunda açdığı müzakirəyə qoşulan tədqiqatçı, yazıçı, psixoanalitik Adıgözəl Məmmədov səsləndirdi.

İŞİN SONUNU BİLİRDİM

Uzun illərdir dünya liderlərinin psixoloji portretlərini cızan qonağımız maraqlı açıqlamalar verdi. O deyir ki, Müəmmər Qəddafinin (Muammar Qaddafi) siyasi karyerasının necə bitəcəyini hadisələr yenicə başlayandan bilirmiş: «Onun siyasi portretini 2002-ci ildən cızmışdım. Qəddafini araşdırdığıma görə hadisələr başlayanda jurnalistlər məndən bu işin nə ilə bitəcəyini soruşdular. Mən söylədim ki, Qəddafi qafasına qurğuşun sıxılana qədər savaşacaq. Çünki NATO qüvvələri Qəddafinin psixologiyasını anlamır».

DEMOKRATİYA VƏ MENTALİTET

A.Məmmədov deyir ki, cəmiyyətin mental dəyərlərini bilmədən o mühitdən çıxmış liderə qiymət vermək olmaz: «İstəsən də, istəməsən də Avropa mentallığını daşıyan insan Şərq insanını axıracan araşdırıb üzə çıxara bilməz. İndi Liviyada demokratik cəmiyyət qurulmalıdır. Amma cəmiyyətdəki mental dəyərlər buna hazırdırmı? Harvard Universitetinin son araşdırmalarına görə, ərəb ölkələrində Avropa dəyərlərinə söykənən demokratik dövlətlərin qurulması üçün müəyyən nəsillər dəyişilməlidir. İstənilən diktator xaricdən gələn mədəni irsin özünü də təhlükə kimi görür.
Qəddafinin tərəfdarları
Qəddafinin tərəfdarları
Cəmiyyətdə bu irsin oturuşmasına öz hakimiyyətinin laxlaması kimi görə də bilir».

CƏMİYYƏTDƏ PARTLAYIŞ NECƏ BAŞ VERİR?

A.Məmmədov cəmiyyətdə psixozun istəyi boğmaqdan yarandığını bildirdi: «Liviyada insanlar yaxşı yaşayırdılar. Amma azadlıq olmadığından, insanlar özlərini ifadə edə bilmədiyindən partlayış baş verdi. Nə qədər üçüncü dünya nəzəriyyəsi Liviya cəmiyyətinə yeridilməliydi? Nə qədər Qəddafinin təfəkkürünün məhsulu cəmiyyətə sırınmalıydı? İnsanlar digər siyasi axınlarla tanış olmaq istəyir. İnsan daxilində düşündüyünü ifadə etmək istəyir. Nə qədər bunu boğmaq olar? Nevroz istəyi boğmaqdan yaranır. Nə qədər cəmiyyətdə həqiqətdən kənar şeylər söyləmək olar? Nə qədər baş verən hadisələri olduğu kimi yox, istənildiyi kimi çatdırmaq olar? Bu cəmiyyətin psixozuna gətirib çıxarır və sonda partlayış baş verir».

NƏSİLLƏR HƏMİN DƏYƏRLƏRLƏ FORMALAŞIR

Tədqiqatçının fikrincə, diktatorların hakimiyyətdə olduğu dövrdə nəsillər həmin dəyərlərlə formalaşır: «Xarakterin bazası 14 yaşla 24 yaş arasında formalaşır. Ondan sonrakı gördüklərin xarakterin üzərinə naxış vurur.
Lenin və Stalin
Lenin və Stalin
Ona görə də, indiki Liviya cəmiyyəti gələcək rəhbərlərində Qəddafini arayacaqlar».

HƏR KİTAB İLLƏR ALIR

Hər şeyi planlı şəkildə gördüyünü deyən A.Məmmədov yenicə çapdan çıxmış «Kreml rəhbərlərinin psixoloji portretləri» kitabından da danışdı: «Hər kitabın üzərində işləmək illər alır. İndi Səudiyyə kralları haqda kitab üzərində çalışıram. Portretologiya elmdir. Burada siyasi hislərə qapılmaq olmaz. Təsir altına düşmək olmaz. Obyektiv fikir söyləməlisən. Son kitabım Rusiya rəhbərliyinə qədər gedib çıxmışdı. Orada mən qeyri-obyektiv fikir söyləsəydim, siyasi hislərə qapılsaydım, heç kəsin xoşuna gəlməzdi».

-- Hansı dünya liderinin psixoloji portretini cızmaq A.Məmmədov üçün asan oldu, hansı çətin?

-- Onun fikrincə, Qaddafi bu sona layiq idimi?

-- Kreml rəhbərlərindən ən xarizmatik lider kimdir?

-- Qonağımız Heydər Əliyevin psixoloji portretini cızmağa cəhd edibmi?

--A.Məmmədov Mir Cəfər Bağırov və Heydər Əliyev haqqında SMS göndərmiş dinləyiciyə nə cavab verdi?

-- İlham Əliyevi necə qiymətləndirdi?


Ən yaxşısı, «Can Bakı»nı elə bu səhifədən özünüz dinləyin.
XS
SM
MD
LG