Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Etibar Məmmədov: «Mən heç kimin tərəfində deyiləm, haqqın tərəfindəyəm»


Etibar Məmmədov
Etibar Məmmədov
«Müstəqilliyin 20 illiyi» silsiləsindən istiqlalçı deputat Etibar Məmmədovun «İşdən sonra» proqramına müsahibəsindən bəzi sitatları nəzərinizə çatdırırıq:

«Bayram ovqatını o qədər də hiss etmirəm».

«Bu bayramın keçirilməsi təqvim xatirinə deyil, bəzi şərtlərlə keçirilməlidir».

«Hazırda bayramla əlaqədar keçirilən tədbirlər sovet dövründə keçirilən tədbirlərə bənzəyir».

«Bu bayramın bayram kimi cəmiyyət tərəfindən qəbul olunması üçün tarix yenidən nəzərdən keçirilməlidir».

«Bu bayrama qısqanclıq açıq-aydın göz qabağındadır».

«Bu, hansısa tarixi saxtalaşdırmaq, kimləri isə cəmiyyətin yaddaşından silmək cəhdidir».

«Bu gün hakimiyyətdə olanlara fikir versəniz, böyük əksəriyyəti müstəqilliyin əleyhinə səs verən şəxslərdir».

«Müstəqillik olmasaydı onlar bu günki kimi var –dövlətə sahibi olmazdılar».

«Müstəqilliyi qazanmaq heç də bizim istədiyimizin hamısının əldə olunması demək deyil».

«Digər azadlıqların əldə olunması bir millət olaraq bizim hamımızın qarşısında duran vəzifədir».

«Mənim siyasi mövqeyim var. Mənim mövqeyim dəyişməyib».

«Bizim milli ideyamız olmalıdır. Onun ətrafında hamı birləşməlidir».

«Azadlıqları almaq üçün hərəkət etmək lazımdır».

«Mənim millətimdən olan diktator, başqa millətdən olan demokratdan mənə ruhən daha yaxındır».

«Milli mənafelərimiz onu tələb edir ki, biz öz vəzifələrimizi özümüz yerinə yetirməliyik».

«Sistem dəyişikliyi baş verməyibsə korrupsiyaya qarşı mübarizə dekorativ xarakterli fəaliyyətdən başqa bir şey deyil».

«Ictimai nəzarətin nəticəsinin olması üçün normal seçkilər keçirilməlidir».

«Siyasi fəaliyyətə görə insanların cəzalandırılmasının əleyhinəyəm. Bu cür cəza tədbirləri ilə nəticə əldə etmək mümkün deyil».

«Azərbaycanın müstəqilliyini 93- cü ildən hesablamaq ən azı ədalətsizlikdir».

«Son həbslər Azərbaycana başucalığı gətirən bir şey deyil. Biabırçılıqdır».

«Əgər Bəxtiyar Hacıyev hərbi xidmətdən doğurdan da imtina edibsə, bu yaxşı hal deyil. Ancaq onu həbs cəzası əvəzinə elə məcburi surətdə hərbi xidmətə göndərsəydilər məsələ həll olunardı».

«Mən bütün hakimiyyətlər dövründə həbslərin əleyhinə olmuşam».

«90-cı illərdə xalq məni necə görübsə, mən də indi onları elə görmək istəyirəm».

«Hər şeyi bir adamdan və ya bir neçə adamdan tələb etməklə iş bitməz».

«Haqsızlıqlar ona görə baş verir ki, bunun əks reaksiyası olmur».

«Hər bir insanın baş verən hadisələrə münasibəti olmalıdır».

«Mən rəqabətin tərəfdarı olsam da, daxildə düşmən axtarmağın tərəfdarı deyiləm».

«Millət nə vaxt fəaliyyət göstərsə onda nəticə əldə edəcək».

«Azadlıq hərəkatı ilə demokratik hərəkatı qarışdırmaq olmaz».

«Yaxşı şey deyil ki, Bəxtiyar Hacıyev kimi savadlı gənclərimiz həbsdə qalsın».

«Ordudan təzyiq vasitəsi kimi istifadə edilməsi yolverilməzdir».

«Fərqi yoxdur ki, Heydər Əliyev Ayaz Mütəllibovun əleyhinə səs versin və yaxud referendumun. Fakt odur ki, həmin vaxt milli qüvvələrlə bir sırada olmuşdu».

«Mən heç kimin tərəfində deyiləm, haqqın tərəfindəyəm».

«Siyasi fəaliyyət bu gün Azərbaycanda lazım olan səviyyədə deyil. Və ona görə də partiyalar arasında da elə bir ciddi fərq görmürəm. Çünki fəaliyyətdə ümumi nəticəsizlik var».

«Bu gün Azərbaycanda müxalif siyasi fəaliyyətdə olmaq böyük bir riskdir».

«Müstəqilliyin əleyhinə səs verən adamlar «İstiqlal» ordeni ilə təltif ediliblərsə, sonradan həmin ordenin fiziki cəhətdən yaxadan sallanmağının elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, insanlar öz ürəyində həmin istiqlalı hiss etsinlər».

Etibar Məmmədovla söhbəti tam olaraq buradan dinləyin:


XS
SM
MD
LG