Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

H.Hacızadə: «Azərbaycanda demək olar ki, siyasi islam yoxdur»


Hikmət Hacızadə
Hikmət Hacızadə
Politoloqlar Fərhad MehdiyevHikmət Hacızadə «Wikileaks» saytında Azərbaycanda islamla bağlı yazılan məlumatları şərh edirlər.

Hikmət Hacızadə:

«Azərbaycanda demək olar ki, siyasi islam yoxdur. İslam partiyası o qədər də populyar deyil və seçki yolu ilə o hakimiyyətə gələ bilməz. Üstəlik, bizdə heç seçki də yoxdur. Amma ayrı-ayrı qruplar var ki, hansısa terror aktı həyata keçirə bilər. Belə qruplar var. Onlar haqqında biz bilirik, eşidirik, cürbəcür hadisələr olur, məhkəmələr görürük. Düzdür, bu məhkəmələrə inanmaq olar ya olmaz, onu demək çətin məsələdir. Onların çoxu obyektiv keçirilmir. Amma terror aktı təhlükəsi var. Xırda radikal dini qruplar var, hansı ki o məsələyə yönəliblər. Ancaq hərdən Azərbaycan kimi ölkələrin hökumətləri bundan spekulyasiya kimi istifadə edir ki, bizdə söz, sərbəst toplaşmaq azadlıqları yoxdur, çünki bizdə belə qruplar var, biz azadlıq versək burda partlayar və islam radikalları hakimiyyətə gələr. Bu, tamamilə səhv
Fərhad Mehdiyev
fikirdir».

Fərhad Mehdiyev:

«Bir çox dövlətlərdə siyasi hakimiyyət öz xeyri, cəmiyyətdə nizam-intizamı təmin etmək üçün dindən istifadə edir. Çünki din normaları həm əlavə əxlaq qaydalarıdır ki, ən azından cəmiyyəti idarə etmədə bunlar yardımçı olur. Bizdə bu proses alınmır. Çünki 70 illik SSRİ dönəmində din azadlığı qadağan idi. Bu zamandan sonra siyasi hakimiyyətlər bu prosesə nəzarət edə bilmirlər. Qorxurlar ki, dindən öz xeyirləri naminə istifadə etdikcə, din onların əleyhinə çevrilər. İbadət və dini duyğular əhali üçün bir ehtiyacdır. Bunun qarşısını heç kim ala bilməz. SSRİ də bunu saxlaya bilmədi. İnsanlarda din, inanclar qaldı. Yəni, din azadlığına hörmətlə yanaşmaq lazımdır. Biz demokratiyanın tərəfdarıyıq. Biz dini cəmiyyətimizi və həyatımızı o qədər buraxmalıyıq ki, bu, demokratiyanın əsas sütunlarına zərbə vurmasın...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG