Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Markus Loning: «Nümayişlərdə iştirak edənlər azadlığa buraxılmalıdır»


Markus Loning
Markus Loning
«AZAD FİKİRLİ İNSANLAR HƏBS OLUNMAMALIDIRLAR»

Almaniya Hökumətinin İnsan haqları və humanitar yardım üzrə müvəkkili Markus Loningə həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevlə görüşünə icazə verilməyib.

Bunu Azərbaycana 3 günlük səfərə gələn almaniyalı ombudsman avqustun 15-də Bakıda keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, 2 həftə əvvəl Azərbaycana göndərdikləri səfər programında Bəxtiyar Hacıyevlə də görüşmək istədiklərini qeyd ediblərmiş Amma avtustun 15-də saat yarımdan artıq müddətdə onlar 14 saylı cəzaçəkmə müəssəsinin qapıları arxasında gözləsələr də Bəxtiyar Hacıyevlə görüş baş tutmayıb:

«Biz 1 saat yarımdan çox görüşmək üçün gözlədik. Amma bizə penitensiar xidmətdən bildirdilər ki, görüşə icazə verilməyəcək. Mən bu halı kobud bir pozuntu kimi qiymətləndirirəm. Belə bir hal olmamalı idi. Bəxtiyar Hacıyevə baş çəkməklə həbsdə olanlara dəstəyimizi bildirmək istəyirdik. Hesab edirəm ki, azad fikirli insanlar həbs olunmamalıdırlar. Bu yolverilməzdir. Hökümətin borcu öz vətəndaşlarını qorumaqdır və onların aksiyalalarda iştirakına zəmin yaratmalıdır».

Cənab Loning Azərbaycanda insanların əmlak hüquqlarının pozulmasından da narahat olduğunu bildirib: «Leyla Yunusun məzuniyyətdə olduğu halda, onun evini sökmək, bütün avadanlıqların çıxarılmasına imkan verməmək ciddi pozuntudur. Mən bu söküntünün videosunu izlədim. Orda həmin evlərdən sökülən pəncərələrin bir qədər aralıda necə satıldığını gördüm. Bu məni çox pis etdi»

O, həmçinin Azərbaycanda seçki məsələsinə də toxunub. Deyib ki, seçki ilə bağlı ATƏT və digər beynəlxalq qurumların hesabatlarına istinad edərək, deyə bilərəm ki, Azərbaycanda sonuncu dəfə şəffaf və ədalətli seçki 90-cı illərdə keçirilib.

«MƏN HÖKÜMƏTƏ MÜRACİƏT EDİRƏM»

Cənəb Loning 2 aprel aksiyasına görə həbsdə olanlarla bağlı məsələyə də münasibət bildirib. İnsanların aksiyaya və nümayişlərdə iştirakı müsbət hal kimi qiymətləndirmək lazımdır: «Mən hökümətə müraciət edirəm. Nümayişlərdə iştirak edənlər azadlığa buraxılmalıdır».

Azərbaycanda gedən iqtisadi islahatlardan danışan Loning deyib ki, iqtisadi inkişaf insan hüquqlarının pozulmasıyla müşayiət olunmamalıdır. Azərbaycanda işgəncələrlə bağlı hallara toxunan Markus Loning İşgəncələrə arşı Azərbaycan Komitəsinin məlumatlarına istinad edərək bildirib ki, 2011-ci ilin 6 ayı ərzində 89 nəfər işgəncələrlə bağlı müraciəti bizi narahat etməyə bilməz: «Digər tərəfdən əgər 2004-cü ildə səbəbi bilinməyən 4 ölüm hadisəsi olubsa, 2011-ci ilin ötən dövrü ərzində, səbəbi bəlli olmayan 6 ölüm hadisəsinin olması məni çox qayğılandırır».

Onun sözlərinə görə, höküməti hər zaman əlindən gələni edib ki, Azərbaycanda insanların hüquqlarının pozulması halları olmasın: «Əsas odur ki, dəyişikliklər etmək üçün ölkənin daxilində bir istək olsun. Bunun üçünsə azad seçki və azad məhkəmə olmalıdır».

«MÜNAQİŞƏ SÜLH YOLUYLA HƏLL EDİLMƏLİDİR»

O, Naxçıvanda alman jurnalistin müdafiəsinə qalxan Həkimeldostu Mehtiyevin indi təzyiqlərə məruz qalmasını, jurnalisti elektrik enerjisinin oğurluğunda ittiham etmək düzgün deyil.

Markus Loning Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti ilə bağlı suala da cavab verib. Bildirib ki, o səkkiz il əvvəl Azərbaycanda olarkən qaçqın düşərgəsində olub və orda gördükləri ona çox pis təsir edib: «Bizim dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, münaqişə ATƏT-in Minsk qrupunun çərçivəsində və sülh yoluyla həll edilməlidir».

Səfər çərçivəsində Loning hökümət üzvləri, müxalifət və QHT nümayəndələri və gənclərlə görüşəcək.
XS
SM
MD
LG