Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:52

«Eurovision» hazırlıqları...


Azər Qərib
AzRu.TV internet televiziyasının həmtəsisçisi Azər Qərib və kultura.az saytının redaktoru Elmir Mirzəyev bu barədə fikirlərini bildirirlər.

Azər Qərib:

«Məni məyus edən məsələ odur ki, indiyə qədər ictimaiyyətə «Eurovision»un keçiriləcəyi yer barədə məlumat verilmir. Mən bir azərbaycanlı kimi bilmək istəyirəm ki, harada olacaq, necə olacaq. İnanıram ki, yaxşı bir yer seçiləcək. Əslində mən istəyirəm ki, Bayraq Meydanının yanında keçirilsin. Azərbaycanın imkanları imkan verir ki, bu müsabiqə ən yüksək səviyyədə keçirilsin. İnanıram ki, «Eurovision» tarixində ən möhtəşəm müsabiqə keçiriləcək. Çünki inkişaf etmiş Qərb dövlətlərindən fərqli olaraq Azərbaycan üçün ölkəni tanıtmaq və imic baxımından bu, çox önəmlidir. İnanıram ki, müsabiqə çox yüksək səviyyədə keçəcək…».

Elmir Mirzəyev:

«Almaniyanın Düsseldorf şəhərində bu müsabiqə keçiriləndə, bütün Avropadan külli miqdarda insan axını var idi. Avropanın istənilən ölkəsindən Düsseldorfa gəlmək üçün infrastruktur var. Çox ucuz qiymətə, çox rahatlıqla adamlar gəlib çata bilirdilər ora. Heç bir sərhəd yox idi. Şəhərin biznes strukturları külli miqdarda vəsait əldə etdi.
Elmir Mirzəyev
Amma bizdə elə də asan olmayacaq. Çünki biz başqa regionda yerləşirik. Bizim regionda konfliktlər, problemlər, qapalı sərhədlər var. Azərbaycana gəlib çatmaq o qədər də rahat deyil. Viza problemi var. Kifayət qədər problemlər var. Bizdə bunun biznes proyektə çevrilməsinə mən inanmıram…».

Azər Qərib:

«Düşünürəm ki, bizdə də bu biznes layihəyə çevrilə bilər. Sözsüz ki, bura axın olacaq. İndi hər yerə getmək çətindir. Biz də Avropa ölkələrinə gedəndə, əziyyət çəkirik. Bura turist axını olacağına inanıram. Sadəcə, onların yerləşdirilməsi ilə bağlı problem ola bilər. Çünki bizdə 5-ulduzlu otellər kifayət qədərdir, amma ekonom-klass otellər azdır...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG