Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:31

Varis planı...


Erkin Qədirli
Erkin Qədirli
Politoloq Ərəstun Oruclu və hüquqşünas Erkin Qədirli İlham Əliyevin 2003-cü il avqustun 4-də Baş nazir olması barədə qərarı şərh edirlər.

Erkin Qədirli:

«2003-cü ildə bu vəzifə dəyişikliyi çox tələsik şəkildə edildi. Milli Məclisdə əvvəlcə İlham Əliyevi Baş nazir təyin etdilər. Sonra yadlarına düşdü ki, bəs əvvəlki Baş nazir Artur Rasizadəni rəsmən işdən azad etmədən İlham Əliyevi vəzifəyə təyin ediblər. Milli Məclisin sədri elan etdi ki, onun səhhəti ilə əlaqədar vəzifəsini icra edə bilməyəcəyinə dair ərizəsi var. Tələsiklik o dərəcədə oldu ki, əvvəlki baş naziri formal da olsa, vəzifədən kənarlaşdırmadan, yeni baş nazir təyin etdilər. Üstündən bir neçə saat keçdikdən sonra Nazirlər Kabinetində yeni baş nazirin təqdimatı keçirildi. Həmin ərəfə seçki ərəfəsi idi və İlham Əliyev prezidentliyə namizəd idi. Namizəd baş nazir ola bilməzdi. Belə bir keçid düşündülər ki, İlham Əliyev məzuniyyətə gedir. Onun vəzifəsinin müvəqqəti icrası isə Baş nazirin birinci müavini Artur Rasizadəyə həvalə olunur. Artur Rasizadə səhhəti ilə əlaqədar rəsmən baş nazir ola bilmədiyini öz ərizəsində ifadə etdiyi halda,
Ərəstun Oruclu
ona baş nazir vəzifəsini icra etmək səlahiyyəti tapşırılmışdı...».

Ərəstun Oruclu:

«Əli İnsanov məhkəmə prosesində açıq şəkildə iddia etdi ki, Heydər Əliyevin İlham Əliyevi baş nazir təyin etməsi barədə sərəncamı ola bilməzdi. Çünki Heydər Əliyev həmin dövrdə artıq klinik ölüm vəziyyətində idi. O, artıq süni tənəffüs aparatında saxlanılırdı. Güman edirəm ki, o sərəncam əvvəlcədən imzalanmışdı. Bunların hamısı əvvəlcədən nəzərə alınmışdı. Heydər Əliyevin işində bir metodiklik var idi. Polis müxalifətin mitinqini dağıtdıqda, Daxili İşlər Nazirliyinin bu barədə verəcəyi açıqlamanı belə əvvəlcə öz nəzərdən keçirirdi. Ola bilməzdi ki, oğlunu hakimiyyətə gətirmək məsələsində Heydər Əliyev özünün bu metodikliyindən istifadə etməsin...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG