Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:34

Vəkili deyir ki, Breivik ruhi xəstəyə bənzəyir


Norveçdə 76 adamı öldürən Anders Behring Breivikin vəkili deyib ki, Breivik etdiyi hücumları zəruri sayır və hesab edir ki, o, müharibə vəziyyətindədir.

Vəkilin sözlərinə görə, Breivik ölənlərin sayından qətiyyən heyfslənmir.

Vəkil Lippestad deyib ki, onun fikrincə, Breivik ruhi xəstədir və o, tibbi müayinədən keçməlidir: "O bizim heç birimizə bənzəmir. Ona görə mənim üçün onu təsvir etmək çox çətindir. O müayinə olunmalıdır və mən nəticələrə baxmalıyam".
XS
SM
MD
LG