Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23

«Eurovision»a qədər Milli Park Dövlət Bayrağı Meydanına qədər uzadılacaq


Dövlət Bayrağı Meydanı
Dövlət Bayrağı Meydanı
««Eurovision» mahnı müsabiqəsi başlayanadək Bakının Səbail rayonu ərazisində fantastik layihələr gerçəkləşəcək».

Bunu jurnalistlərə açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Əsgərov deyib:

«Müsabiqə başlanan vaxtadək Milli Park Dövlət Bayrağı Meydanına qədər uzadılacaq».

A. Əsgərov bu layihələrlə Azərbaycan prezidentinin şəxsən maraqlandığını bildirib.

İcra Hakimiyyətinin başçısı Səbail rayonu ərazisindəki «Alov qüllələri» («The Flame Towers») kompleksinin, «Four Seasons», «Hilton» və «Mariot» otellərinin tikintisinin davam etdirildiyini, bu işlərin ilin sonunadək yekunlaşacağını söyləyib.

DÖVLƏT BAYRAĞI MEYDANI YAXINLIĞINDAKI BİNALARDAN KÖÇÜRÜLƏNLƏRƏ VERİLƏCƏK KOMPENSASİYANIN MƏBLƏĞİ AÇIQLANIB

Bakının Səbail rayonu ərazisində yerləşən Dövlət Bayrağı Meydanının yaxınlığındakı binalarda yaşayan sakinlərin köçürülməsi prosesi davam edir.

Bu barədə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məlumat verib. O bildirib ki, Aqil Quliyev və Fəthi Xoşginabi küçələrindəki binalarda yaşayan sakinlər köçürülərkən onlara kompensasiya, yaxud mənzil təklif edilir:

«Kompensasiyanın məbləği bir kvadratmetr üçün 1500 manatdır». /apa/
XS
SM
MD
LG