Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:26

2 aprel məhbuslarından daha 4 nəfərin istintaqı yekunlaşıb


İctimai Palatanın aprelin 2-də keçirdiyi etiraz aksiyası ilə əlaqədar haqqında cinayət işi açılmış daha 4 nəfərin istintaqı yekunlaşıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib. İstintaqı başa çatanlar Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvi QuliyevƏhəd Məmmədlidir.

Hazırda müdafiə tərəfi istintaq materialları ilə tanış olur.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd MəcidliFuad Qəhrəmanlının işi üzrə isə istintaq tədbirləri davam etdirilir.

Bundan əvvəl 6 nəfər - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif AlışlıElnur İsrafilov haqqında da istintaq yekunlaşmışdı.

İyulun 13-də Səbail rayon Məhkəməsində onların məhkəməsi başlayacaq.

Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.
XS
SM
MD
LG