Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:19

Hərbi çağırışda rüşvət yığışırmı?


Emin Həsənli
Emin Həsənli
«Panorama» verilişində suallara «Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti» Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli cavab verir.

Bu həftə Azərbaycanın daha 2 hərbi komissarlığında yoxlama başlayıb. Gəncə şəhərinin Nizami və Kəpəz rayon hərbi komissarlıqlarında. Bundan əvvəl isə Bakının Binəqədi, Suraxanı rayonlarının və Sumqayıt şəhər hərbi komissarlıqlarında oxşar yoxlamalar keçirilmişdi. Hər üç hərbi komissar həbs edilərək işdən azad edilmişdilər.

Emin Həsənli:

«RÜŞVƏTXORLUQLA MÜBARİZƏNİ ALQIŞLAMAQ LAZIMDIR»

- Orduda rüşvət olduğunu rəhbərlik gizlətmir. İndi buna qarşı mübarizə aparılır, konkret hərbi komissarlar həbs edilir. Bunu alqışlamaq lazımdır ki, rüşvətxorluğa qarşı mübarizə aparılır və bu mübarizə effekt verəcək. Bu, bir neçə tərəfdən əhəmiyyət kəsb edir. Birincisi, rüşvətxorlar cəzalanır və bununla tərbiyə edilirlər. İkincisi isə, bu yerdə qalan insanlara bir mesajdır ki, rüşvətxorlar gec-tez qanun qarşısında cavab verməli olacaqlar. Bu da vəziyyətin dəyişməsinə gətirib çıxarıb. Artıq çağırışda neqativ hallarla bağlı şikayətlər eşidilməz olub. Mən həmişə demişəm, ən şərəfli xidmət yeri cəbhə xəttidir. Oğlu cəbhə xəttində xidmət edən də bununla fəxr etməlidir. Keçən il Mübariz İbrahimov da sübut etdi ki, cəbhə xəttində xidmət etməkdən qürur duyan gənclərimiz var. O, öz əməli ilə Azərbaycanda əbədi yaşayacaq. Artıq çağırışda insan amili aradan qalxır. Bütün sistem kompyuterləşib. Necə ki, test üsulu savadlı, bilikli insanların qəbuluna şərait yaradır, bu da elə. Test üsulunun tətbiq edildiyi ilk illərdə də müəyyən problemlər ola bilərdi. İndi bu, yoxdur. Hamı başa düşür ki, müəllim tutub uşağını hazırlaşdırmalıdır. Artıq rüşvətlə qəbul yığışdırılıb.
Ələkbər Məmmədov
İndi də hamı başa düşür ki, pulla, tapşırıqla istədiyin hərbi hissəyə düşmək artıq mümkün deyil.

Ələkbər Məmmədov:

«İNDİ BAKIDA UŞAQ SAXLATDIRMAQ 4 MİN MANATA QALXIB»

- Aydın məsələdir ki, vətəndaşın orduda korrupsiya ilə ilk təması komissarlıqlardan başlayır. Ancaq uzun müddət idi ki, bizim deməyimizə baxmayaraq, heç kim buna fikir vermirdi. Ta Əliağa Hüseynov Respublika Hərbi Komissarlığından çıxarılana qədər. O da bir çoxları kimi, ətrafına öz adamlarını yığmışdı. İndi vurulan komissarlardan bir çoxu onun kadrlarıdır. Bu da korrupsiyaya qarşı mübarizə kimi təqdim edilir. Bir də çıxarılanlar yuxarıları qane etməyən adamlardır. Üstəlik, yüksək çinli şəxslər arasında rəqabət də gedir. Əgər korrupsiyaya qarşı mübarizə gedirsə, nədən bu proses komissarlarla məhdudlaşır? Bəs yuxarıdakılar? Yuxarılar prosesdən kənarda tutulacaqsa, mən bunu korrupsiya ilə mübarizə adlandırmayacağam. Hesab edəcəm ki, məqsəd görüntü yaratmaqdır. Mən sizə deyim. İndi Bakıda uşaq saxlatdırmaq 4 min manata qalxıb. Daxili qoşunlara düşmək isə 12 min manatdır. Belə çıxır ki, kimin bu qədər pulu olacaq o, oğlunu daxili qoşunlara saldıra biləcək...

XS
SM
MD
LG