Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:39

Politoloqların Kazan görüşündən gözləntiləri


Qarabağ danışıqlarına hazırlaşan Kazan şəhəri
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

İyunun 25-də Azərbaycan və Ermənistan prezidentlərinin Tatarıstanın paytaxtında görüşür. Kazan şəhərində Rusiya prezidenti D.Mevedyevin və ATƏT Minsk qrupu həmsədrlərinin də iştirakı ilə keçirilən növbəti Qarabağ danışıqlarına ciddi hazırlıq gedir

Son 3 ildə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri 9 dəfə bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Bu görüşlərə böyük ümidlər bəslənsə də nəticə əldə olunmayıb, səslənən bəyanatlar isə ritorik çıxışlardan o yana keçməyib.

Ancaq sonuncu dəfə Moskvada 3 ölkə xarici işlər nazirlərinin görüşündən sonra «razılaşdırlımamış bəzi məsələlərdə irəliləyiş, yaxınlaşma olduğu» açıqlanıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, «əgər nazirlərin toxunduğu məsələlərdə prezidentlər də razılaşsalar, bu regiona sülhün gəlməsi prosesinin başlanmasına böyük kömək edəcək».

İndi prezidentlər növbəti dəfə görüşə hazırlaşır - iyunun 24-də Kazan şəhərində keçiriləcək görüş qeyri-rəsmi şəraitdə olacaq. Atçılıq üzrə ənənəvi Rusiya Federasiyası prezidenti kuboku yarışlarını izləyəcək prezidentlərin 3 tərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəyi planlaşdırılır. Bu barədə Kremlin saytı məlumat yayıb.

Azərbaycanlı politoloqların bu dəfəki görüşdən gözləntiləri fərqlidir. Bəzisi irəliləyişin olacağına inanmaq istəsə də, digərləri bu ehtimalı da mümkünsüz sayır.

«NƏ HƏRB, NƏ SÜLH RUSİYANI YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN EDİR»

Politoloq Vəfa Quluzadə görüşdən heç bir müsbət nəticə gözləmir: «Çünki Rusiyanın mövqeyi olduğu kimi qalır»- deyə politoloq bildirir:

Vəfa Quluzadə
«Ruslar erməniləri manipulyasiya edərək erməniləri hər hansı təklifdən imtina etməyə vadar edir. Ermənilər də indiyə kimi Rusiyanın əmrlərini yerinə yetirdiyi kimi Kazanda da yerinə yetirəcək. Ona görə də heç bir şey əldə olunmayacaq. Ən böyük nailiyyət əgər mümkün olsa tamamilə boş bir bəyanat ki, tərəflər öhdəlik götürür ki, tez bir zamanda sülh yolu ilə baza prinsipıərini həll etsinlər, ya da razılağa gəsinlər. Belə boş, abstrakt, mücərrəd bəyanat ola bilər, amma o da olmaya bilər».

MADRİD PRİNSİPLƏRİ ƏTRAFINDA DANIŞIQLARI BAŞA ÇATIR?

Politoloq, millət vəkili Rasim Musabəyov isə fərqli fikirdədir. O, Madrid prinsiplərinin qəbul olunması və sülh müqaviləsinin hazırlanmasına start verilməsi üçün ehtimalların yüksək olduğunu deyir:

«Əsas Madrid prinsiplərinin ümumi də olsa tərəflərin razılığı və sülh müqaviləsinin hazırlanmasına ehtimallar var və kifayət qədər yüksəkdir. Ancaq deməzdim ki, bu, çox böyük addım olsun. Ancaq hər halda bir hərəkət ola bilərdi».

Arif Yunus
Konfliktoloq Arif Yunus isə hesab edir ki, Kazan şəhərində ən uzağı gələcəkdə də bu cür görüşlərin keçirilməsi ilə bağlı ümumi xarakter daşıyan bəyanatın qəbulu ola bilər. Siyasətçilərin görüşdən əvvəl verilən ümid dolu bəyanatlarına gəlincə, konfliktoloq bunu təbliğat xarakterli addım sayır.

«İKİ TƏRƏFİN MÖVQEYİ BİR-BİRİNDƏN XEYLİ UZAQDADIR»

«Belə sözləri tez-tez eşidirik. Əgər reallıqdan danışırıqsa, gözləyiriksə konkret hansısa nəticə əldə olunsun, bax, bunu mən şəxsən gözləmirəm. Çünki iki münaqişə tərəfinin mövqeləri bir-birindən xeyli uzaqdır. Hələ ki, yaxınlıqdan söhbət getmir».

Sonuncu dəfə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri bu ilin martında Soçidə görüşüblər.

Bu arada prezidentlərin Kazan görüşündən iki gün sonra Azərbaycan Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə hərbi parad keçirərək, öz hərbi gücünü nümayiş etməyi planlaşdırır.
XS
SM
MD
LG