Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:37

19 iyun mitinqi və həbslər


19 iyun mitinqi və həbslər (İşdən Sonra)
Gözlə

No media source currently available

0:00 0:52:18 0:00
Direct-ə keçid

AXCP sədrinin müavini Gözəl Bayramlı və vəkil Əshabəli Mustafayev İctimai Palatanın 19 iyun aksiyası və aksiyada saxlanılanlar barədə danışırlar.

Gözəl Bayramlı
AXCP sədrinin müavini Gözəl Bayramlı və vəkil Əshabəli Mustafayev İctimai Palatanın 19 iyun aksiyası və aksiyada saxlanılanlar barədə danışırlar.

Gözəl Bayramlı:

«Azərbaycan hakimiyyəti hər dəfə aksiyadan qabaq müxalifətin fəallarına qarşı təzyiqlər edir. Onları zərərsizləşdirmək məqsədilə həbs edir. Güc strukturlarını şəhərin müxtəlif yerlərində yerləşdirir və mitinqə gələn insanların qarşısı alınır. Son aksiyalarda hakimiyyətin mitinq iştirakçılarına qarşı çox böyük təzyiqləri olub. Aksiya iştirakçılarının döyülməsi, təqiblər, təzyiqlər, kimlərsə işini itirib, hətta xanımları belə polis idarəsinə çağırıb, onların ailələrinə təzyiq ediblər. Bütün bunların təsiri var. Amma bütün bunlara baxmayaraq, ən azından Azərbaycanda kifayət qədər insanlar var ki, öz hüquqları uğrunda mübarizəyə davam edirlər…».

Əshabəli Mustafayev
Əshabəli Mustafayev:

«Vəkillərin mobil qrupuna məlumatlar daxil olur. İstər Bakıətrafı rayonlar olsun, istər ucqar rayonlardan. Mitinqə gələnlərin sayı dəfələrlə çox ola bilərdi, o basqılar, məhdudlaşdırmalar, qarşısı alınmalar olmasaydı. İnsanlar həbs olunurdu. Bu həbslər gözlənilən idi. Deyirlər ki, polis mitinq yerinə ictimai asayişin mühafizəsi üçün gəlir. Polis ilk növbədə toplantını mühafizə etməlidir. Orada ictimai asayiş pozularsa, tədbirlər görməlidir. Bütün dünyada bu, belədir. Ancaq bizdə polislər, hüquq-mühafizə orqanlarının rəhbərliyi siyasi rəhbərliyin ardınca onları dediklərini təkrar edirlər. Bizim qanunvericilikdə sərbəst toplaşmağa imkan verməmək üçün polis müdaxiləsi kimi norma yoxdur…».
XS
SM
MD
LG