Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:18

Yeni taksilər Bakının küçələrində


Arxiv foto
Arxiv foto
Bakıya gətirilən bənövşəyi rəngli yeni taksilər artıq fəaliyyətə başlayıb.

Artıq 51 taksi paytaxtın mərkəzi küçələrində 11 dayanacaq üzrə xidmət göstərir.

AzərTAc xəbər verir ki, yaxın günlərdə digər 49 taksi də əhalinin istifadəsinə veriləcək.
«Bakı şəhərində istismar olunacaq taksilərin sürücüləri tibbi müayinədən və xüsusi psixoloji testlərdən keçiblər. Onlara xüsusi tərtib edilmiş proqram - etik qayda və normalar, şəhər küçələrinin tanınması, yol hərəkəti qaydaları, avtomobilə dair texniki və digər zəruri mövzular sürücülərə tədris olunub. Taksi sürücüləri üçün vahid geyim forması da müəyyən edilib».

London Taksi Şirkəti ilə imzalanan müqaviləyə əsasən, «Bakı Taksi Compani» Məhdud Məsuliyyətli Cəmiyyətinə müasir tələblərə cavab verən 1000 TX4 markalı avtomobili satılmalıdır. Artıq həmin taksilərin 100 ədədi Bakıdadır. İlin sonunadək daha 900 ədəd taksinin paytaxta gətirilməsi gözlənilir. Yeni taksilər «Avro-4» standartlarına uyğundur və şəhər daxilində yüksək manevr etmək imkanlarına malikdir.

HƏMÇİNİN OXU:

Yeni taksilər və uğurlu gənclər siyasəti
«Taksi»lərin ümidinə qalan sərnişinlər
Taksi sürücüləri yolu bağladılar
Naxçıvanda taksilər niyə ancaq «Lifan» olmalıdır?
XS
SM
MD
LG