Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:29

Türkiyədəki parlament seçkisində hakim partiya qalib gəlib


Türkiyədə baş nazir Rəsəb Tayyip Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası parlament seçkilərində üçüncü dəfə qələbə qazanıb. Seçkidə 50 milyondan artıq seçici, 15 siyasi partiya və 200 müstəqil namizəd iştirak edib.

Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası səslərin 49,90, Cümhuriyyət Xalq Partiyası 25,91, Milliyyətçi Hərəkat Partiyası 12,99, müstəqil namizədlər 6,65 qazanıb.

550 nəfərlik Türkiyə Böyük Millət Məclisində hakim partiyanın 326, CHP-nin 135, MHP-nin 54, müstəqil namizədlərin 35 millət vəkili təmsil olunacaq.
XS
SM
MD
LG