Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:19

NATO Liviya paytaxtını bombalayıb


NATO qüvvələri Liviyada paytaxtını bombalayıblar. "Associated Press" məlumat verir ki, göydə 20-yə qədər qırıcı təyyarə peyda olub. Onlar Tripoli ətrafını bombalayıblar.

Məlumatda deyilir ki, Liviya rəhbəri Muammar Qaddafiyə aid strukturlardan tüstü görünüb. Qaddafi rejiminin sözçüsü Moussa Ibrahim iddia edib ki, azı 3 nəfər ölüb, 150 nəfər yaralanıb. Müstəqil mənbələrlə bunu təsdiqləmək mümkün olmayıb.

NATO-nun bəyanatında bildirib ki, hava hücumunun hədəflərindən biri Qaddafi rejiminə kömək etməkdə istifadə olunan nəqliyyat vasitələrinin saxlandığı yerlər olub.

Son iki aydır ki, NATO Qaddafi qüvvələrini bombalayır.

Liviyada üsyançılar Qaddafi rejiminin dəyişirilməsini istəyir.
XS
SM
MD
LG