Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:15

AXCP fəalı Elnur Məcildlini polis saxlayıb


AXCP Gənclər Komitəsinin sədr müavini Elnur Məcildlini polis saxlayıb.

Bu barədə AzadlıqRadiosuna onun atası Arzuman Məcidli məlumat verib. Onun sözlərinə görə, oğlu 2 aprel mitinqinə görə saxlanılıb.

«Bir neçə dəfə polisdən bizə zəng edib Elnuru polisə çağırmışdılar. Amma Bakıda olmadığı üçün polisə gedə bilmirdi. Mayın 11-i saat 17:00 radələrində biz getdik Nəsimi polisinə, o girdi polisə və buraxmadılar. Hələlik barəsində 48 saatlıq həbs qərarı verilib. Mənim oğlum cinayətkar deyil və onun saxlanması qanunsuz haldır».

2 aprel aksiyasına görə indiyə qədər 13 nəfər barəsində 2 aylıq həbs qərarı verilib, bir nəfər isə polis nəzarətində olmaqla sərbəst buraxılıb. Bundan başqa onlarla müxalifətçi polisdə dindirilib.
XS
SM
MD
LG