Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:21

Liviya hakimiyyəti üsyançılara qarşı bütün hərbi əməliyyatları dayandırdı


Liviya dinc sakinlərin müdafiəsi məqsədilə üsyançılara qarşı bütün hərbi əməliyyatların dayandırıldığını bəyan edib.

Ölkənin xarici işlər naziri Musa Kussa (Moussa Koussa) bildirib ki, qərar BMT-nin təhlükəsizlik şurasının Liviyayla bağlı qətnaməsinə uyğun olaraq qəbul edilib.

Dünən qəbul edilmiş bu sənəddə Liviya üzərində uçuşların qadağan edilməsi və dinc sakinləri qorumaq üçün bütün lazimi tədbirlər nəzərdə tutulur.
XS
SM
MD
LG