Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:42

ATƏT Azərbaycan hakimiyyətini tənqid edir


ATƏT Azərbaycan hakimiyyətini jurnalist Eynulla Fətullayevin azad olunması barədə Avropa İnsan Hüquqları məhkəməsinin qərarına məhəl qoymamaqda tənqid edib.

ATƏT-in media hüquqları üzrə rəsmisi Dunja Mijatoviç bildirib ki, Azərbaycan hakimiyyəti nəin ki, məhkəmənin qərarını yerinə yetirmir, üstəlik Eynulla Fətullayevi daima təqib edir.

Mijatoviç həmçinin Eynulla Fətullayevin səhətindən narahatlıq bildirib.

Avropa İnsan Hüquqları Məhkəməsi ötən il aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro məbləğində təzminat ödəməsi barədə qərar çıxarsa da yurnalist 12 saylı cəzaçəkmə müəssisəsində narkotik maddə əldə etmə və saxlama ittihamı ilə daha 2 il 3 ay azadlıqdan məhrum edib.
XS
SM
MD
LG