Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:45

Həbsə gənclər gedir...



MƏNİ İTƏLƏYİB YIXDILAR, ONU MAŞINA BASIB APARDILAR


Son günlər gənc fəallar arasında təziqlərlə üzləşənlər var. Evi axtarılanlar da var, məhbəsə salınanlar da. Gənclər narkotikdə, avtoxuliqanlıqda, divarlara plakat yapışdırmaqda və sair hərəkətlərdə suclanırlar.

Martın 8-i səhər saat 10 radələrində Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlını polis saxlayıb. Səxavət Soltanlının qardaşı Qədim Soltanlının sözlərinə görə onu avtoxuliqanlıqda suçlayırlar.

Günorta isə 10-a yaxın mülki geyimli şəxs gənc fəal Rəşadət Axundovu saxlayıb. Hadisə baş verən an orada olan Rəşadət Axundovun valideyinləri deyir ki, həmin gün hara gediblərsə, «90 BV 164» nömrə nişanli qara maşın onlari izləyib. Nəhayət Bakı Əyləncə Mərkəzinin yanında bir necə maşından düşən 10 nəfər mülki geyimli şəxs deylənə görə Rəşadət Axundovu zorla maşına basıb aparıb. Rəşadət Axundovun anası Mətanət Axundova:

Mətanət Axundova: «Nə əsasla mənim uşağımı aparırsınız?»

«Qucaqladım ki, nə əsasla mənim uşağımı aparırsınız, kimsiniz, nəçisiniz? Dedi ki, elə bir şey yoxdur, söz soruşacağıq. O birisi dedi götürün, götürün, mən özüm də istədim oğlumla birlikdə maşına minəm. Məni itələyib yıxdılar, onu maşına basıb apardılar. 9-10 nəfər idi».

FİKRƏT AXUNDOV: «BU YAŞAMALI ÖLKƏ DEYİL»

Rəşadət Axundovun atası Fikrət Axundov isə deyir ki, o Bakı Əyləncə Mərkəzində oğluna toy etmək istədiyi üçün ailəsi ilə birlikdə ora gedibmiş. Rəşadət Axundovu oradan aparıblar. Xəti rayon 37-ci polis bölməsindən isə ona deyiblər ki, oğlunu şəhərdə plakat yapışdırdığı yerdə saxlayıblar.

«Gəlmişik Xətai rayonu 37-ci polis bölməsinə. Bölmədən baş idarə ilə əlaqə saxlayıb deyirlər ki, onu plakat yapışdırdığı yerdə tutublar. Artıq bunların şəri hazırdır. Bunlar bu yolla işləyirlər. Bu yaşamalı ölkə deyil. Qoy bütün dünya bilsin».

Martın 4-də isə polis AXCP Gənclər Təşkilatının üzvü Dəyanət Babayevi saxlamışdı. Ona 10 sutka cəza verilib. Onun küçədə ictimai asayişi pozması və polisə müqavimət göstərməsi səbəbindən həbs edildiyi bildirilsə də yoldaşları Dəyanət Babayevin internet klubdan aparıldığını deyirlər.

Martın 7-də edə bir neçə fəal polisə aparılaraq dindirildikdən sonra buraxılıblar.

Bir neçə gün əvvəl isə Bakının mərkəzində 11 mart kampaniyasına dəvət vərəqələri paylayan gənclərdən birinin- Etibar Salmanlının yaşadığı evdə axtarış aparılıb.

DİN: «RAZILAŞDIRILMAMIŞ AKSİYALARIN QARŞISI QƏTİYYƏTLƏ ALINACAQ»

Martın 8-də isə Daxili İşlər Nazirliyi mətbuat xidməti bildirib ki, icra strukturları ilə razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq.

Mazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu açıqlamanın sosial şəbəkələrdə martın 11-də Bakıda kütləvi aksiyaların keçirilməsi ilə bağlı yayılan çağırışlara da aid olduğunu deyir:

«11 martla əlaqədar da bildiririk ki, bu mövqe dəyişməzdir. Bütün hallarda hər şey qanun çərçivəsində olmalıdır. Qanun da hər hansı bir aksiyanın icra orqanları ilə mütləq razlaşdırılmasını tələb edir».

Gənclərin həbsinə gəlincə, Orxan Mansurzadə onların gözlənilən aksiyaylara görə, saxlandığını təstiqləmir.

Bir neçə gündür «Facebook» sosial şəbəkəsində «11 mart – Böyük xalq günü» adlı qrup yaradılıb.

Qrup yaradıcısı, Avropa Azərbaycanlıları Demokratiya Uğrunda təşkilatının təsisçisi, hazırda Fransada yaşayan Elnur Məcidli deyir ki, məqsəd kütləvi ümidsizliyi qırmaq, insanların özünə etimadını bərpa etmək idi. Onun fikirincə hakimiyyət nümayəndələrinin çıxışları, iqtidara yaxın saytların fəaliyyəti, bu həbslər və anti təbliğat «11 mart – Böyük xalq günü» səhifəsini daha da populyar etdi.

Elnur Məcidli
ELNUR MƏCİDLİ: «HAKİMİYYƏTİN SONU YAXINLAŞIB»


«Ən xırda bir işə, yən «Facebook»dakı hansısa bir səhifəyə görə, əgər gəncləri həbs edir, hədələyirlərsə (mənim öz ailəmə də təzyiqlər olub), bu artıq o deməkdir ki, hakimiyyətin sonu yaxınlaşıb. Onlar bunu öz əməlləri ilə edtiraf etdilər. Məncə onlar nə qədər çox həbslər etsələr, bu insanları bi işlərə daha cox sövq etdirəcək və vəziyyəti daha çox gərginləşdirəcəklər».

Elnur Məcidlinin sözlərinə görə, hakimiyyətin antitəbliğatı artıq bu məsələyə Avropadan da dəstək qazandırmağa başlayıb.
Bu günlərdə «Facebook»da «11 Mart - Böyük Xalq Günü»nün əleyhinə «İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək» kampaniyası başlayıb. Bu qrupa indiyədək 200-ə yaxın istifadəçi üzv olub.

«11 Mart - Böyük Xalq Günü» qrupu isə planlaşdırılan aksiyaya 30 mindən çox istifadəçini dəvət edib. Martın 8-dək 3 min 250 nəfər bu virtual etiraz aksiyasında iştirak edəcəyini bildirib.

Yerli televiziyalardan bəzilərində isə sosial şəbəkələr əleyhinə təbliğat davam etdirilir.

Erkin Qədirli: «Hakimiyyət hər təşəbbüsdə özünə təhlükə görməyə başlayıb»

Erkin Qədirli
Hüquqşünas Erkin Qədirliyə görə, hüquq mühafizə orqanları həbslərin səbəbini müxtəlif məsələlərlə izah etsələr də, bu proses «11 mart böyük xalq günü» ilə bağlıdır. Çünki hadisələr onun fonunda baş verir. Amma Erkin Qədirlinin fikrincə, 11 martın əslində nə olduğunu tərəflərin heç biri dolğru dürüs bilmir. Hökumət niyə əndişələndiyini, iştirakçılar isə nə vaxt, harada nə olacağını bilmirlər.

«Maraqlı bir yarıgerçək şəbəkələşmə gedir. Onun nə dərəcədə gerçəkləşəcəyini söyləmək çox çətindir. Amma görünən odur ki, hökumət xeyli dərəcədə bundan rahatsızdır. Bunund da səbəbləri aydındır. Sistem qapalı olanda hakimiyyət artıq hər şeydən aşırı dərəcədə şübhələnməyə, hər bir təşəbbüsdə özünə təhlükə görməyə başlayır. Yeri gəldi gəlmədi həddən artıq kobud reaksiya verməyə başlayır. Ərəb ölkələrində gedən proseslərdə sosial şəbəkələrin rolunun nə qədər böyük olduğunu nəzərə alsaq hökumətin belə narahatlığının səbəbi aydın olur.
XS
SM
MD
LG