Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:12

Yəmən prezidenti deyib ki, seçkilərdə məğlub olsa, öz postunu tərk edəcək


Yəmən prezidenti Əli Abdulla Saleh bildirib ki, o ancaq seçkilərdə məğlub olsa, öz postunu tərk edəcək.

Əli Abdulla Saleh 30 ildən çoxdur ki, Yəmənə rəhbərlik edir. Onun istefası tələbi ilə bir həftədən çoxdur ki, etiraz aksiyaları davam edir.

Cümə günü Ədən şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda bir neçə nümayişçi həlak olmuşdu. Etiraz aksiyaları başlayandan isə 12 nəfər nümayişçi öldürülüb.
XS
SM
MD
LG