Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Azərbaycanlılar sosial şəbəkələrdə


Azərbaycan 271 640 nəfərlə 95-ci yerdədir
Azərbaycan 271 640 nəfərlə 95-ci yerdədir
Dekabrın sonunda «Facebook»un açıqladığı hesabata əsasən, Azərbaycan qeydiyyatdan keçən istifadəçilərinin sayına görə 271 640 nəfərlə 95-ci yerdə idi

ÖZÜNÜİFADƏ YERİ

Bu rəqəm Azərbaycanda gündən-günə dəyişir. Sosial şəbəkələrin aktiv istifadəçisi, bloqqer Hacı Hacıyev deyir ki, insanların virtual aləmə çəkilməyinə əsas səbəb özünüifadə azadlığının get-gedə məhdudlaşdırılmasıdır:

«İnsanlar öz fikrini bildirmək üçün internetə və sosial şəbəkələrə, xüsusən də «Facebook» və «Twitter»ə üz tutur. Bundan başqa, öz bloqlarını yaradırlar, bu cür öz fikirlərini ifadə edirlər».

Azərbaycanlıların aktiv iştirak etdiyi sosial şəbəkələr «Odnoklassniki», «Facebook», «Twitter», «vkontakte.ru», «myspace.com» və s.-dir.

Bloqqer Hacı Hacıyev sosial şəbəkələrin azərbaycanlıların həyatındakı əhəmiyyətini belə sadalayır:

«Bu, adicə məişət səviyyəsində olan fikirlərini izhar etməkdən tutmuş, siyasi düşüncələrini nümayiş etdirməyə qədər bir çox sahələrdə özünü göstərir.
Hacı Hacıyev
Məsələn, «Facebook» bu baxımdan çox populyardır və Azərbaycanda hətta «Facebook xəstəliyi» var. Elə insanlar var ki, «Facebook»suz, «Twitter»siz, «Odnoklassniki»siz özlərini təsəvvür edə bilmirlər».

İctimai fəal Rəşadət Axundov «Facebook» və «Twitter»də aktivlik göstərsə də, özünü «facebook xəstəsi» hesab etmir. Onun fikrincə, avtoritar hakimiyyət altında sosial şəbəkələr azad media vasitəsidir:

«Mən daha çox ictimai-siyasi mövzularda fikirlərimi paylaşmaq, ölkə, cəmiyyət haqqında məlumat toplamaq və ya fikirlərimi bildirmək üçün istifadə edirəm. İnsanlara avtoritar rejim hakim olduğu cəmiyyətlərdə mətbuatın əvəzedicisi funksiyası kimi bu, lazımlı bir vasitədir. Biz də bundan maksimum istifadə etməyə çalışırıq».

«FACEBOOK» VƏ HƏBSLƏR

Rəşadət Axundov deyir ki, iki bloqqerin həbsi dövründə hadisələrin dünyaya çatdırılmasında sosial şəbəkələr əvəzsiz rol oynayıb:

«Adnanla Eminin həbsinin dünyaya çatdırılmasında böyük rol oynadı. Məsələn, bizim xarici dostları olan dostlarımız vardı, onlar «Facebook» vasitəsilə bu məhkəmələrdə baş verən prosesləri
Rəşadət Axundov
«Facebook», bloqlar vasitəsilə çatdıra bilirdilər».

TANIŞLIQ MƏKANI?

Sosial şəbəkələrdə «qaynar» profili ilə diqqəti çəkməyən Hikmət Əhmədli düşünür ki, Azərbaycanda sosial şəbəkələrə hələ də tanışlıq məkanı kimi baxanlar var:

«Hər şeydə olduğu kimi, «Facebook»u da əslində yararlı ola biləcəyi cəhətləri ilə yox, ən yararsız cəhətləri ilə istifadə edirlər. Məsələn, biri qızlara «podxod» edir, qızlar isə «Facebook»una tısbağa şəkli qoyur ki, əmisi uşaqları görməsin ki, o, burdadır. Gənclik real həyatda sözünü deyə bilməyəndə, ən cəsur ifadələrini internetdə ifadə edirlər. Hətta internetdə belə kifayət qədər cəsur deyillər».

Azərbaycanda milli sosial şəbəkə olan «Park.Az»ın yaradıcısı Rəşad Hümbətov da Hikmət Əhmədlinin sözünə qüvvət verir. O deyir ki,

«Kafe» adlı bir bölmə mövcuddur. Həmin bölmədən forum kimi istifadə etmək mümkündür. İstifadəçilər hər hansı mövzu yarada və onun ətrafında öz fikirlərini bölüşə bilərlər. İstifadəçiləri əyləncə yönümlü mövzular daha çox maraqlandırır. Siyasi, texniki, elmi mövzu ora qeyd etsək, şərh sayı 2-3-dən artıq olmayacaq».

HÖKUMƏT NƏZARƏTİ

Rəşad Hümbətov
Azərbaycanlı internet fəalları arabir sosial şəbəkələr üzərində hökumətin nəzarətini yoxlamaqdan da özlərini saxlamırlar. Rəşadət Axundov:

«Bir dəfə belə bir hadisə olmuşdu: uşaqlar yalan statuslar yazmışdılar ki, Səməd Vurğun bağında gənclər yığışıb. Sonra jurnalistlərdən həmin əraziyə getmişdilər, görmüşdülər ki, ora artıq polis maşınları gəlib. Bu da aktiv gənclərin sosial şəbəkələrdə izləndiyini göstərir... Reallıqda baş verən hadisələri durdurmaq üçün bu, bir alətdir».

Tunis və Misirdəki hadisələri «Twitter inqilabı» adlandıranlar da var. Çünki təşkilatçılar aksiyaları əsasən «Facebook» və «Twitter» vasitəsilə təşkil ediblər. Bloqqer Əli Novruzov deyir ki, bunlar sadəcə miflərdir:

«TWITTER» MOLDOVADA VORONİNİ YIXA BİLDİ, PUTİNİ YIXA BİLMƏDİ


««Twitter»in, «Facebook»un rolu o olur ki, insanlar bir-birilə əlaqə saxlaya bilirlər, kommunikasiya rahatlaşır, məlumatlar haqda xəbər tez paylaşılır.
Əli Novruzov
Amma yenə də əsas faktor insanlardır. Necə oldu, həmin «Facebook» Tunisdə inqilab edə bildi, Misirdə, Əlcəzairdə edə bilmədi? Həmin «Twitter» Moldovada Voronin hökumətini yıxa bildi, Rusiyada Putin hökumətini yıxa bilmədi? Halbuki? Rusiyada «Twitter» Moldovaya nisbətən daha aktivdir, daha çox siyasidir. Orda əsas başqa faktorlar var. Sadəcə, dünyada belə bir yanılma var ki, yeni texnologiyaya demokratikləşməyə yeni çarədir».

«Facebook»un ölkələr üzrə rəsmi statistikasına əsasən, Qafqaz ölkələrindən ən çox «Facebook» istifadəçisi Gürcüstandadır. Sonrakı yerləri Azərbaycan və Ermənistan paylaşır. Azərbaycanda sosial şəbəkə istifadəçiləri əsasən 18-24 yaşlı gənclərdir.
XS
SM
MD
LG