Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:13

Misirdə etiraz aksiyalarına qadağa qoyulub


Misir hakimiyyəti ölkədə etiraz aksiyalarının keçirilməsini qadağan edib. Yanvarın 25-də Qahirədə keçirilən etiraz aksiyasında minlərlə nümayişçi ölkənin 30 illik prezidenti Hüsnü Mübarəkin istefasını tələb etmişdilər. Polislə nümayişçilər arasında baş verən toqquşmalarda 1 polis, 2 nümayişçi həlak olmuşdu.

Misirin Daxili İşlər Nazirliyi bildirib ki, icazəsiz aksiyaya çıxanlar tutulacaq və qanun qarşısında cavab verəcək.
XS
SM
MD
LG